Ceyhun Bayramov Maqdalena Qrononu qəbul edib
Bu gün Super Ay hadisəsi müşahidə olunur
ADDA-da Səudiyyə Ərəbistanı səfiri ilə görüş keçirilib
İş adamı saxlanıldı: Oteli əxlaqsızlıq yuvasına çeviribmiş
Prezident daha bir sərəncam imzalayıb
Gürcüstandakı əməliyyatda azərbaycanlı öldürülüb?
Daha bir sosial ev dələduzluğu
FHN 1 ədəd 3 otaqlı evi 91 min manata tikdirəcək
Heydərov Mehdiyevə villa bağışlayıb? - Özü danışdı
Bakıda restoranda yanğın başlayıb


01.11.2020  09:42 

ANAMA cəbhəyanı rayonlarda mərmilər və silahlar aşkarladı





A+  A-

31 oktyabr tarixindә Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabәdi, Ağdam, Bәrdә, Füzuli, Tәrtәr vә Yevlax rayonları әrazisindә mәrmilәrin aşkar olunması barәdә Daxili İşlәr Nazirliyinin ″102″ Xidmәti-Zәng mәrkәzi sistemindәn - 25 (iyirmi beş) vә Fövqәladә Hallar Nazirliyinin Böhran Vәziyyәtlәrindә İdarәetmә Mәrkәzindәn – 1 (bir) müraciәt daxil olub.
ANAMA-dan XəzərNews.az-a verilən məlumata görə, daxil olmuş 26 çağırış әsasında Agentliyin xüsusi mobil çevik әmәliyyat qrupları tәrәfindәn Ağcabәdi rayonunun Arazbar, Hacılar, Kәbirli, Mahrızlı kәndlәri, Ağdam rayonunun Xındırıstan, Әhmәdağalı, Üçoğlan kәndlәri vә Qarqar çayının sahili, Bәrdә şәhәri Vaqif küçәsi, Füzuli rayonunun Şükürbәyli, Babı, Alxanlı kәndlәri vә Horadiz şәhәri, Tәrtәr rayonunun Qaynaq, Yuxarı Qapanlı kәndlәri, Şıxarx qәsәbәsi, Bağırov küçәsi, Yevlax rayonunun Kolanı kәndi әrazisinә Daxili İşlәr Nazirliyinin әmәkdaşları ilә birlikdә 24 operativ vә tәxirәsalınmaz әmәliyyat çıxışı hәyata keçirilib.

Aparılmış әmәliyyat- axtarış tәdbirlәri zamanı 1 әdәd 100 mm-lik top mәrmisi (OF-412), 1 әdәd 120 mm-lik minaatan mәrmisi (OF-843), 1 әdәd tank әleyhinә idarә olunmayan RPQ-18 silahı (PQ-18 raketi ilә), 1 әdәd tank әleyhinә idarә olunmayan RPQ-26 silahı (PQ-26 raketi ilә), 1 әdәd tank әleyhinә idarә olunan 9K111 silahı (9M111 raketi ilә), 1 әdәd hәrbi mәqsәdlәr üçün istifadә olunan meteoroloji radiopelenqator vә 25 әdәd partlamış mәrmi qalıqları aşkar olunub.

Mina Tәhlükәsinә dair Maariflәndirmә üzrә mütәxәsisslәr tәrәfindәn 42 777 nәfәr mülkü şәxs arasında mina tәhlükәsizliyinә dair maariflәndirmә tәbliğatı aparılıb.

Xəbər 3598 dəfə oxunub.




05.11.2025  18:05 

Daha bir sosial ev dələduzluğu

05.11.2025  13:27 

Prezident sərəncam imzaladı

05.11.2025  11:40 

Xəzər dənizində zəlzələ olub


BÜTÜN XƏBƏRLƏR +