Ukrayna ordusu Orel və Vladimir şəhərlərinə zərbə endirib -FOTO/VİDEO
Saxta sənədlə Azərbaycana gəldi, hava limanında saxlanıldı
Sabiq deputatın oğlu Ədliyyə Nazirliyinə müraciət etdi -FOTO
Zəfər paradına hazırlıq işlərindən görüntülər -FOTO
Xəzər dənizində zəlzələ olub
Azərbaycanlı avtoritet polisə atəş açdı
Generalın lüks maşınları necə əlindən çıxdı?
Vəkil Elkin Kərimli “Həmdəm” hoteldə ölü tapıldı
Yağıntılı hava şəraiti davam edir
Zığ-Beton yolunda qəza tıxac yaratdı


03.09.2025  10:26 

Bakı Sağlamlıq Mərkəzində nə baş verir?





A+  A-

Səhiyyə Nazirliyinin Bakı Sağlamlıq Mərkəzinin direktoru Asiman Həsənov və digər rəhbər şəxslər barəsində müvafiq qurumlara şikayət ünvanlayan bir qrup tibb işçisi işdən azad edilib

XəzərNews.az xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, bu barədə işdən çıxarılan Mərkəzin doğum şöbəsinin tibb bacısı L.F. məhkəmədə qaldırdığı iddiasında bildirib.

Onun sözlərinə görə, 2016-cı ildən Mərkəzdə tibb bacısı kimi çalışıb, 2021-ci ildə isə doğum şöbəsinə keçirilib və 2025-ci ilin mart ayınadək həmin vəzifədə işləyib. Həmin ay pasiyentlər H.B. və S.B. doğum şöbəsinin mamaginekoloqu Nuridə Əzizovanın onlarla kobud rəftarından Səhiyyə Nazirliyinə və digər qurumlara şikayət ediblər. Hər iki qadın əməliyyatla (kesəriyyə) uşaq dünyaya gətirib.



İddialara görə, L.F. başqa həmkarları ilə birlikdə həmin pasiyentlərin palatasına daxil olaraq, onlardan şikayətlərini geri götürməyi tələb edib. Bu hadisədən sonra rəhbərlik iki tibb bacısı ilə yanaşı, L.F.-ni də işdən azad edib.

L.F. məhkəmədə bildirib ki, xəstədən iş yoldaşı barədə şikayət etməməsini xahiş etmək kobud peşə pozuntusu sayıla bilməz. Onun sözlərinə görə, bu addım sırf humanist məqsədlərlə, həmkarının cəzalanmaması üçün atılıb.



O həmçinin iddia edib ki, rəhbərliyin ona qarşı qərəzli münasibəti 2024-cü ildə Mərkəz rəhbərliyinin qanunsuz hərəkətləri ilə bağlı etdiyi şikayətdən qaynaqlanır. Həmin qanunsuzluqlara görə Bakı Sağlamlıq Mərkəzi Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən də cərimələnib.

L.F. məhkəmədən işəgötürənin 18 mart 132 nömrəli əmri ilə işdən çıxarılmasının ləğv edilməsini, işinə bərpa olunmasını, məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb ödənilməsini, əlavə olaraq 579 manat maddi zərərin və 3000 manat mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib.



Məhkəmə iddianı qismən təmin edib: Bakı Sağlamlıq Mərkəzinin direktoru Asiman Həsənovun L.F.-ni işdən çıxarmaq barədə əmri ləğv olunub. Həmçinin ona məcburi iş buraxmaya görə əmək haqqı və 578,25 manat maddi zərərin ödənilməsi barədə qərar qəbul edilib.

Xəbər 1675 dəfə oxunub.




05.11.2025  11:40 

Xəzər dənizində zəlzələ olub

04.11.2025  11:29 

AzTV-də üzə çıxan nöqsanlar...

04.11.2025  11:05 

Elşən Məhərrəmov vəfat edib

04.11.2025  10:49 

Daha bir çörək sexi bağlandı


BÜTÜN XƏBƏRLƏR +