AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


17.03.2021  12:45 

Safura səhnədən həyat yoldaşına görə getmədiyini açıqladı





A+  A-

“Eurovision-2010” mahnı müsabiqəsinin iştirakçısı, keçmiş müğənni Safura Əlizadə şəxsi həyatı barədə açıqlama verib.
XəzərNews.az xəbər verir ki, o, sosial şəbəkə istifadəçilərinin suallarını cavablandırarkən həyat yoldaşı Fərhad Əliyev, səhnədən uzaqlaşması, həmçinin həbsdə olan atası Səlim Əlizadə barədə danışıb.

Safura qeyd edib ki, şou-biznesdən getməsinin səbəbkarı həyat yoldaşı deyil: “Səhnədən öz istəyimlə uzaqlaşmışam. Ailə həyatı qurmuşdum, həyatımın yeni mərhələsi idi. Övladlarıma baxdım. Oxumağa zamanım belə yox idi. Bu səbəbdən belə qərara gəldim. Yoldaşım səhnə qadağası qoymayıb. Darıxıram, bu, normal bir durumdur. Səhnədən uzaqlaşan hər kəs belə edir. Onsuz da getməmişəm, fəaliyyətimi dayandırmışam. Mən işləməyi sevən insanam, 16 yaşımdan səhnədəyəm”.

Daha sonra o, iş adamı F. Əliyevlə arasında olan yaş fərqindən söhbət açıb: “Həyat yoldaşımla Bodrumda tanış olmuşam. Konsertlə bağlı oraya getmişdim. Aramızda 13 yaş fərq var, bu fərq məni narahat etmir. Bir-birimizi çox yaxşı başa düşürük. Özümü xoşbəxt hesab edirəm. Bunu insan tənzimləyir. Özün öz xoşbəxtliyini yaradırsan. Şəxsi həyatımda ən böyük uğurum ana olmaqdır. Amma sənətimdə Azərbaycanı “Eurovision”da təmsil etməyimdir”.

Bundan əlavə, Safura vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma maddələri ilə təqsirləndirilən və hazırda ev dustaqlığında olan atası, Xarici İşlər Nazirliyinin İşlər idarəsinin Təsərrüfat şöbəsinin sabiq müdiri Səlim Əlizadə barədə də qısa danışıb:

“Atamı çox istəyirəm, mənim hər şeyimdir. Ən yaxın dostum o olub. Hazırda anam yanımdadır, İstanbuldadır”.



Xəbər 5650 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +