AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


12.12.2017  12:31 

Xaləddin İsgəndərovun qohumları “qeybə” çəkilir





A+  A-

Bir zamanlar Binəqədi rayon İcra Hakimiyyətində övladına və qohumlarına lüks otaqlar verən Xaləddin İsgəndərov geri çəkilir...
Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov yenə də gündəmdə... İcra başçısı təyin olunandan sonra daimi qalmaqallı hərəkətləri ilə medianın "ulduz”una çevrilən X.İsgəndərovun artıq həmin o ulduzu çox sürətlə közərməkdə davam edir. Vergilər naziri Fazil Məmmədovun vəzifədən azad olunması və son günlər haqqında yayılan milyonluq yeyinti faktları X.İsgəndərovun da kürkünə birə salıb.

Artıq X.İsgəndərov oğlu və digər qohumlarına “ərazidən” geri çəkilmək təlimatı verərək onları yaxınlaşmaqda olan təhlükədən sığortalamaq istəyir. Hətta bəzi qəsəbə bələdiyyə sədrləri və icra nümayəndələrinə vətəndaşların “könlünü almaq”, sənəd-sübutlarını nizama salmaları barədə xüsusi göstərişlər verilib.

Məlumata görə, İcra Hakimiyyətinin birinci mərtəbəsində oğluna - Binəqədi İcra Hakimiyyətinə heç bir dəxli olmayan Elnur İsgəndərova lüks kabinet hədiyyə edən X.İsgəndərov əyləşdiyi inzibatı binaya da çəki düzən verir.



Mətbuatda da bəlli olduğu kimi, bir zamanlar Binəqədidə özündən sonra ikinci şəxs Elnur İsgəndərov rayon ərazisində tikinti üzrə bütün işləri öz nəzarətinə almışdı. İş görmək istəyən hər kəsə "kiçik İsgəndərovun” ünvanı göstərilirdi. E.İsgəndərovun da Binəqədi ərazisi üzrə hər kənd və qəsəbədə 3-4 işçisi var idi. Onlardan da birincisi əmi oğlu Valeh İsgəndərov idi. V.İsgəndərov da qeyri-rəsmi olaraq Binəqədi İcra Hakimiyyətində əsas vəzifələrdən birini tuturdu. “Ağ nivalılar” kimi binəqədililərin qorxulu yuxusuna çevrilən bu şəxslər bütün qeyri-qanuni hərəkətlərin icraçıları idilər. İndi artıq həmin o “ağ nivalar” dayanacaqlara park olunur…

Bir sözlə, Binəqədi rayonu bütünlükdə X.İsgəndərovun oğlu, qardaşı oğlu və bacısı oğlunun (Araz) qeyri-rəsmi inhisarında idi. Onlar da hərəsi bir neçə bələdiyyə və sahə idarələri üzrə nəzarət funksiyasını yerinə yetirirdilər.

İddialara görə, X.İsgəndərovun əməlləri ilə bağlı dosye hazırlanıb. Məlum olub ki, icra başçısı olduğu cəmi bir neçə il ərzində yığdığı xəraclar sayəsində X.İsgəndərov iri oliqarxa çevrilib.

X.İsgəndərovun ailə şirkətinə çevirdiyi icra hakimiyyətində baş verənlərlə bağlı yaxın günlərdə ciddi qərar veriləcəyi gözlənilir. Məlumatlara görə, rayonun digər strukturlarda çalışan rəhbər şəxsləri də X.İsgəndərovun əməllərindən beziblər.

XəzərNews.az

Xəbər 2479 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +