AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


11.12.2017  19:25 

Nəsimidə 320 ailə qazsız qalıb





A+  A-

Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi 16 ünvanında yaşayan 320 ailə 8 ildir ki, qazsız qalıb. "Günəşli" MTK-nin inşa etdiyi binadan mənzil alan vətəndaşlarla bağlanan müqaviləyə görə, tikinti şirkəti qaz, su, kanalizasiya çəkilişi barədə öhdəlik götürsə də, vədinə əməl etmir.
XəzərNews.az xəbər verir ki, vətəndaşların haqlı narazılığına səbəb olan bu hal dəfələrlə bina sakinlərinin etirazına, qalmaqalına gətirib çıxarıb.

Qarşıdurmalar yaranıb. Binanın qızdırılması üçün ortaq bir yol müəyyənləşdirilərək mərkəzi istilik sisteminə qoşulmaq üçün vətəndaşlardan mənzilin sahəsinin ölçüsünə uyğun vəsait toplanılıb. Hər bir sakin 150-1000 manat miqdarında vəsait ödəyib.

Qış aylarında mənzillər istiliklə təmin olunsa da, vətəndaşlar qaz balonlarına möhtac qalıb, hər an təhlükə törədəcək vəziyyətlə üzləşib.

8 ay öncə isə qaz probleminin həlli üçün "Azəriqaz"la danışıqlar aparıldığını və ümumi razılıq əldə olunduğunu əsas gətirərək podratçı təşkilat olaraq "VİP" təmir-tikinti şirkəti ilə müqavilə bağlanılıb.

Bunun üçün hər bir vətəndaşdan 350 manat vəsait yığılıb. Bu müddət keçməsinə, artıq qışın sərt günlərinin gəlməsinə baxmayaraq hələ də sakinlər nə vaxt qazla təmin olunacağını bilmir.



"VİP" təşkilatına 32 min manat vəsait ödənilib, amma qaz nəql edən boru xətlərindəki nasazlığı əsas gətirərək günahı vətəndaşların boyuna yıxılır. Bəzi mənzillərdə insanların yaşamaması qapıların bağlı olması əsas gətirilir.

Binanın "Azəriqaz"a olan ötənilki borcuna görə isə mərkəzi istilik sisteminə qaz verilişi dayandırıldığından 320 ailə bu soyuq qış günü əsl yaşamaq mücadiləsi verir.

Binanın problemlərinin həlli üçün kənardan-kənara "məsləhətlər" verən MTK sədrinin isə harada olduğu bilinmir.

Xəbər 1393 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +