“Daşnaksütyun” partiyasının 13 üzvü saxlanılıb
Prezident Azərbaycan xalqını təbrik edib
Ayətullah və prezident mollanın arxasında namaz qılır - TƏZAD
İlham Əliyev filippinli həmkarını təbrik edib
Ankaranın BRICS planı işə düşdü- Kağız üzərindəki müttəfiqlər çaşqınlıq içində- Rusiya və Çin isə...- SENSASİYA
İctimai Birlik azsaylı xalqlarla bağlı yeni layihənin icrasına başlayıb
Prezident beynəlxalq sərgidə çıxış edib... - Bakıda
Sərdarlı ailəsi Qərbi Azərbaycan Araşdırmalar Mərkəzini ziyarət edib - fotolar
Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir -Prezident
“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini


06.06.2024  12:06 

Diaspora Komitəsi saymamazlıq edir, aramıza nifaq salır -Video





A+  A-

Xəzərnews.az xəbər verir ki, “Diasporla müsahibə”nin növbəti qonağı Norveçdə fəaliyyət göstərən “CAN” təşkilatının sədri, dünya şöhrətli modelyer Şervin Nəcəfpur olub.

Ş.Nəcəfpur müsahibədə sədri olduğu cəmiyyətin gördüyü işlərdən və modelyerlik fəaliyyətindən bəhs edib.

O, bildirib ki, 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ildönümündə təşkilat qurmaq qərarına gəlib:

“Təşkilatımızın məqsədi Norveçdə lobbi fəaliyyəti ilə məşğul olmaqdır. İki ölkə arasında güclü körpü qurmaq istəyirik. Azərbaycan lobbisi hələ çox gəncdir, yenidir. Lakin düşünürəm ki, az da olsa, bacara bilmişik. Çünki gördüyümüz işlər bunu deməyə əsas verir”.

Müsahibimizin sözlərinə görə, Norveçdə doğulub, böyüməyi diaspor fəaliyyətində onun işini daha da asanlaşdırır:

“Mən Norveçin mədəniyyəti ilə yaxından tanışam. Azərbaycan mədəniyyətini də burada təbliğ edirəm. Fikrimcə, moda sahəsində olan hər kəs öz mədəniyyətindən ilhamlanaraq dünyaya öz mədəniyyətini tanıtmaq istəyir. Mən də düşündüm ki, belə bir imkanım varsa, niyə də etməyim?”

Modelyer qeyd edib ki, Norveçdə Azərbaycan Milli geyimləri ilə bağlı moda nümayişi keçirmək istəyir:

“Əfsuslar olsun ki, istədiyim kimi gənclərə kömək edə bilmirəm. Ancaq nə zaman kimsə müraciət etsə, çalışıram ki, geri çevirməyim. Çox sevindiricidir ki, gənclərimiz də, modelyerlərimiz də günü-gündən inkişaf edir. Moda sahəsində də yetəri qədər tanınan azərbaycanlılar var. Biz modelyerlər çox mehribanıq. Könül istərdi ki, diaspora sahəsində də bu mehribanlıq olsun. Ümid edirəm ki, bəzi problemlər aradan qalxandan sonra bu mehribanlıq olacaq, nümunəvi diaspora çevriləcəyik”.

Qonağımız bildirib ki, fəaliyyəti zamanı Azərbaycanın müvafiq dövlət qurumları ilə də sıx əlaqədədir:

“Amma əfsuslar olsun ki, Diasporla İş üzrə Dövlət Komitəsi ilə münasibətlər pozulub. Digər qurumlarla əlaqəmiz olsa da Diaspor Komitəsi ilə əlaqə yoxdur. Bunun səbəbləri də çoxdur. Onlar aramıza nifaq salır, yaxud müraciət edirik yaxından maraqlanmırlar. Bu barədə Cənab Prezident İlham Əliyevə də ünvanladığımız məktubdan çoxları xəbərdardır. Biz öz narazılığımızı bildirmişik. Arzu edirəm ki, Komitə ilə gələcəkdə daha yaxşı və daha səmimi münasibətlərimiz olsun. Biz bir amal üçün çalışaq, birgə fəaliyyətimiz niyə də olmasın”.

Ş.Nəcəfpur Los-Ancelesdə çətin vəziyyətə düşən soydaşımız, polis əməkdaşı Fəxri Mirzəquliyevlə bağlı paylaşdığı və böyük müzakirələrə səbəb olan yazısından da danışıb. Bildirib ki, bir azərbaycanlının vətənindən kənarda belə bir vəziyyətlə qarşı-qarşıya qalması və bu prosesdə ona kömək etməmək utandırıcıdır:

“Əlbəttə, Fəxri Mirzəquliyevlə bağlı sosial şəbəkədə etdiyim paylaşım çox müzakirə edildi. Mən bir şeyi araşdırmadan onun haqqında yazı verməz, fikir bildirməz və paylaşım etmərəm. Bu barədə Fəxri bəylə saatlarla danışmışam, o, mənə baş verən hadisəni ətraflı izah edib. Çox utandırıcı haldır ki, aylardır bu məsələ hələ də həll olunmayıb. Düz 14 ay əvvəl Diaspora Komitəsinin sədri Fuad Muradov ABŞ-yə səfər edib, orada Fəxri bəyə verdiyi sözlərə əməl etməyib. Xaricdə yaşayan və bu iş barədə məlumatlı olan azərbaycanlılar istəyir ki, səsimiz Cənab Prezidentimiz İlham Əliyevə çatsın və bu məsələ tezliklə həll olunsun”.



Xəbər 3356 dəfə oxunub.





Bölməyə aid digər xəbərlər

18.06.2024  14:34 

Sabahın havası açıqlandı

15.06.2024  18:28 

İran Fransaya donosçuluq edir

14.06.2024  12:38 

Sabahdan bayram tətili başlayır


BÜTÜN XƏBƏRLƏR +