İcra Hakimiyyətinin 6280 manat borcu var
Sakinlər “LOFT“ restoranını ittiham edirlər
Tanınmış jurnalist yanğının təfərrüatlarını açıqladı
Qəzəlxan Hacı Arif Buzovnalı vəfat edib
Forum təcrübə mübadiləsinə stimul verilə bilər - Niyaz Niftiyev
Zelenski: “Ukrayna ləyaqətini itirmək riski ilə üz-üzədir”
Bakıda “Porsche“ belə yandı - VİDEO
Tapança, qumbara və tüfənglər götürüldü
Rusiya XİN-dən səfirliyimizə hücumla bağlı...
Daha bir neçə marşrutu müsabiqəyə çıxarılır


27.12.2023  12:29 

Bağça direktorları kütləvi işdən çıxarılır?





A+  A-

“Dövlət bağçalarında işləyən 15 331 pedaqoji işçinin 31,6 faizi ali, 0,3 faizi natamam ali, 61 faizi orta ixtisas, 7,1 faizi isə tam orta təhsillidir. 1 656 dövlət bağça müdirlərinin 66 faizi ali, 0,3 faizi natamam ali, 31,9 faizi orta ixtisas, 1,8 faizi tam orta təhsillidir. Rəsmi statistikadan da göründüyü kimi uşaq bağçalarına rəhbərlik edənlərin çox az bir qisminin ali təhsli var. Belə bir məlumat var ki, dekabrın 18-də elm və təhsil naziri əmr imzalayıb. Əmrə əsasən ölkə ərazisindəki bütün uşaq bağçalarının pedaqoji kollektivi işdən azad edilmək haqqında könüllü ərizə yazıblar. Bundan sonra uşaq bağçalarında işləyənlərə bildirilib ki, təkrar işə qəbul edilmələri ilə bağlı da ərizə yazsınlar”.

Xəzərnews.az xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Razi Abbasbəyli öz “Facebook” səhifəsində qeyd edib.

Ekspert onu da vurğulayıb ki, məlumata əsasən uşaq bağçaları ilə bağlı nazirlikdə yeni bir qurum yaradılır:

“Məhz Elm və Təhsil Nazirliyinin tabelliyində olan İnsan Resursları Departamentinin rəhbəri Eşqi Bağırovun göstərişi ilə bağçalarda işləyənlərin işdən çıxma ərizələrinin alındığı deyilir. Lakin onlar yeni ildən etibarən hansı quruma və hansı formada tabe olacaqlar məlum deyil.

Deyilənə görə, gələn ildən etibarən ilk islahat bağça müdiri işləyən şəxslərin ali təhsilli olub-olmadıqları araşdırılacaq. Nazirliyin müvafiq idarəsində bununla bağlı işçi qrupunun yaradıldığı da bildirilir.

Ali təhsili olmayan bağça müdirlərinin təkrar təyinatı təsdiqlənməyəcək. Boş qalmış bağça müdiri vakansiyaları üzrə ölkə ərazisində təkrar işə qəbulla bağlı imtahanlar keçiriləcək və orta təhsil pilləsində olduğu kimi, bağça müdirlərinin və tərbiyəçilərinin işə qəbulu mərkəzləşdirilmiş test üsulu ilə həyata keçiriləcək.Düşünürəm ki, vaxtıdır. Hələ bir xeyli də gecikib. Amma uşaq bağçalarının mühüm bir təhsil müəssisəsi olduğunu nəzərə alsaq, burada işləyən kadrların ələkdən keçirilməsinə ciddi ehtiyac var”.

Uşaq bağçaları ilə bağlı ekspertin fikirləri, o cümlədən elm və təhsil naziri Emin Əmrullayev əmrinə əsasən, ölkə ərazisindəki bütün uşaq bağçalarının pedaqoji kollektivinin işdən azad edilmək haqqında könüllü ərizə yazdıqları nə dərəcədə doğrudur?

Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən “Cebhe.info”-ya verilən məlumata görə, hazırda dövlət ümumi və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə bağlanmış əmək müqavilələrində müvafiq dəyişiklik həyata keçirilir:

“Sözügedən dəyişiklik yalnız təhsil müəssiələrinin rəhbərlərinə şamil edilir. Belə ki, “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Əsasnamə”sinin 5.5.8-ci yarımbəndinə əsasən, Agentliyin yerli bölmələrinin strukturuna daxil olmayan tabeliyindəki qurumların (məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin) rəhbərlərini vəzifəyə təyin etmək artıq Agentliyin direktorunun səlahiyyətinə aiddir.

Bu səbəbdən də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yarandıqdan sonra müəssisələrin tabe olduqları qurumun dəyişməsi müəssisə rəhbərlərinin də əmək müqavilələrində dəyişiklik edilməsini zəruri edib”.

Xəbər 2733 dəfə oxunub.




22.11.2025  12:57 

Sabahın havası açıqlandı

22.11.2025  12:39 

Prezident açılışda iştirak edib

21.11.2025  18:23 

Əməkdar artist səhnədən getdi?

21.11.2025  18:21 

Politoloq Partiyadan qovuldu

21.11.2025  16:01 

Ağır yol qəzası: Ölənlər var


BÜTÜN XƏBƏRLƏR +