Forum təcrübə mübadiləsinə stimul verilə bilər - Niyaz Niftiyev
Zelenski: “Ukrayna ləyaqətini itirmək riski ilə üz-üzədir”
Bakıda “Porsche“ belə yandı - VİDEO
Tapança, qumbara və tüfənglər götürüldü
Rusiya XİN-dən səfirliyimizə hücumla bağlı...
Daha bir neçə marşrutu müsabiqəyə çıxarılır
Politoloq Partiyadan qovuldu
9 yaşlı futbolçu Nuray üçün AFFA-ya müraciət olundu
Vaşinqtonun sülh planı narazılıq yaradıb?
AQTA xəbərdarlıq etdi: bu uşaq qidası...-FOTO


05.03.2019  16:01 

AzTV-nin iki vəzifəli şəxsi işdən qovuldu





A+  A-

“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nəzdindəki “İdman Azərbaycan” kanalının iki əməkdaşı nöqsanlara görə vəzifələrindən azad edilib.
XəzərNews.az-ın "Report"a istinadən məlumatına görə, Şahin İbrahimov və Tural Həmidzadə maliyyə pozuntularına yol verdiklərinə görə qurumun sədri vəzifəsini icra edən Rövşən Məmmədovun əmri ilə işdən kənarlaşdırılıblar.

Məlumata görə, bir müddət əvvəl İctimai Televiziyadan korrupsiya səbəbi ilə qovulan və yaxın qohumu, AzTV-nin keçmiş rəhbəri Arif Alışanov tərəfindən “İdman-Azərbaycan” telekanalına bərpa olunan Şahin İbrahimov müvəqqəti baş direktor gələnə kimi bütün çəkilişlərə nəzarət edib. Hətta qurumlardan gələn tədbir dəvətləri ilə bağlı faks aparatı da məhz onun otağında olub. A.Alışanovun təkidi ilə Xəbərlər departamentinin baş redaktorunun, prodüserinin görməli olduğu iş - çəkilişlərin müxbirlərə yazılması işi də ona həvalə olunub.

Bundan başqa, hazırda son iş yeri olaraq “İdman-Azərbaycan”dan da qovulan Ş. İbrahimov və T.Həmidzadə A.Alışanovun vaxtından birinci müavin olan, adı müxtəlif nöqsanlarda hallanaraq mediada mənfi imici ilə tanınan Elsevər Dünyamalıyevin yaxın adamları kimi tanınıblar.

Xatırladaq ki, R.Məmmədovun digər əmri ilə AzTV-nin Mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova da vəzifəsindən azad olunaraq qurumun akademiyasına göndərilib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 15-də imzaladığı sərəncamla Arif Alışanov “Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad olunub. Qurumun sədri vəzifəsinin icrası tanınmış jurnalist, sədr müavini vəzifəsini tutmuş Rövşən Məmmədova tapşırılıb. R.Məmmədov vəzifəsinin icrasına başladıqdan sonra QSC-də köklü islahatlara start verilib, maliyyə sistemi şəffaflaşdırılıb, kadr islahatı həyata keçirilib, televizyanın efir proqramlarında yeniliklər edilib. Hazırda studiyalar yenidən qurulur, yaradıcı şəxslərə mühüm önəm verilir, canlı verilişlərin, tok-şouların sayı artırılır. Bundan başqa, televiziya filmləri və tamaşalarının illik planı da təsdiqlənib.

Xəbər 3107 dəfə oxunub.




21.11.2025  18:23 

Əməkdar artist səhnədən getdi?

21.11.2025  18:21 

Politoloq Partiyadan qovuldu

21.11.2025  16:01 

Ağır yol qəzası: Ölənlər var

21.11.2025  12:21 

Sabah 16-20 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +