MedAura“da komaya düşən qıza baxmırlar?
Ramiz Mehdiyev ətrafında qalmaqal bitmək bilmir
Aİ Trampın “bədnam sülh planına” qarşı çıxdı
Sabah 21 dərəcə isti olacağı gözlənilir
13 yaşlı qızla cinsi əlaqədə olan şəxs həbs olundu
Vaşinqtonun “Ukrayna planı” Qərbdə narahatlıq yaradıb
Ukrayna PUA-larla Ryazanda neft zovodunu vurdu
Ukrayna səfirliyində matəm kitabı açıldı
Kartından pul oğurlanan tanınmış mama-ginekoloq olub
Avtomobil nömrələrində “Mikroçip” və “defis” işarəsi ləğv edildi


14.11.2025  14:12 

Ukrayna uzunmüddətli müharibəyə hazırlaşır





A+  A-

Donetsk vilayətinin Pokrovsk şəhəri Rusiya qüvvələrinin təzyiqi altında itirilmək riski ilə üz-üzədir. Eyni zamanda Moskva qış mövsümü ərəfəsində Ukraynanın enerji infrastrukturuna hücumları artırır. Mövcud vəziyyət fonunda nə Kiyev, nə də Moskvanın yaxın zamanda sülh sazişinə nail olacağı gözlənilmir.

XəzərNews.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Nəşr qeyd edir ki, Rusiya ordusunun irəliləyişi yavaş templə və böyük itkilərlə müşayiət olunur, buna baxmayaraq hər iki tərəf əhalini və iqtisadiyyatı daha bir neçə il davam edə biləcək müharibəyə hazırlayır:

“Ukraynada müxtəlif ölçülü yüzlərlə silah istehsalı şirkəti fəaliyyət göstərir. Ekspertlər 2025-ci ildə ölkədə dron istehsalının 4 milyona çata biləcəyini, kifayət qədər xarici maliyyə təminatı olarsa, bu rəqəmin iki dəfə artmasının mümkünlüyünü bildirirlər”.

“Chatham House Ukraine” mərkəzinin əməkdaşı Yaroslava Barbieri qeyd edib ki, müharibənin uzanması çoxsaylı ukraynalılar üçün hərbi xidmətin “cəbhəyə bir istiqamətli bilet” kimi qəbul olunmasına səbəb olub.

Onun sözlərinə görə, komandanlıq uzun müddət xidmət edən təcrübəli hərbçiləri tərxis etməyə tələsmir.

“Röyters” xatırladır ki, işğalın əvvəlində çağırışçılar və könüllülər müharibə bitənədək qüvvədə olan müddətsiz müqavilələr imzalayırdı. Hazırda yeni hərbçilərin təxminən beş il xidmət edəcəyi, tərxis olunduqdan sonra isə ən azı bir il müddətinə yenidən orduya çağırılmayacağı müzakirə edilir.

Agentliyin məlumatına görə, dron istehsalının inkişafı ilə kəsiri kompensasiya etmək səyləri hələ də yetərli olmadığı üçün Ukrayna ordusunun bəyan etdiyi hədəflərə çata biləcəyi şübhə altındadır.



Xəbər 974 dəfə oxunub.




19.11.2025  18:17 

Bələdiyyə sədrinə hökm oxundu

19.11.2025  18:07 

Gəncədə bıçaqlanma hadisəsi


BÜTÜN XƏBƏRLƏR +