Meyitdən ürək köçürülən gənc evə buraxıldı
Həbs edilən icra başçısı apellyasiya şikayəti verməkdən imtina edib
İstənilən anda yıxıla bilərik...-Sebastyan
Bu şəhərdə qan su yerinə axır
“Suverenlik Yolunda Təhsil Missiyası” bu dəfə Tərtərdə
Bu avtomobillərin aksiz dərəcəsi artırılır
Deputatı ömürlük həbs cəzası gözləyir
Əli Xameneinin şəklini yandırdı, başından güllələndi
Bloger yerli sakinlərin etirazı ilə qarşılandı - Səbəb?
Kürəkənə 10 il iş verildi


30.10.2025  11:17 

Bank sektorunda yüksəliş: 56 milyardı keçdi...





A+  A-

30 sentyabr 2025-ci il tarixinə fəaliyyət göstərən 22 bankın cəmi aktivləri 56 milyard 138 milyon manat, cəmi öhdəlikləri 48 milyard 967.8 milyon manat, balans kapitalı isə 7 milyard 170.2 milyon manat təşkil edib.

XəzərNews.az Mərkəzi Banka istinadən xəbər verir ki, sentyabr ayında bankların cəmi aktivləri və cəmi öhdəlikləri 0.8 faiz, balans kapitalı isə 1.3 faiz artıb.

9 ayda banklar 910.7 milyon manat xalis mənfəət, 1 milyard 373.2 milyon manat məbləğində əməliyyat mənfəəti əldə ediblər. Bu dövrdə banklar tərəfindən 214.5 milyon manat məbləğində mənfəət vergisi ödənilib.

Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 340.6 milyon manat artaraq 2 milyard 926.1 milyon manat təşkil edib. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident banklardan alınmış qısamüddətli kreditlərin həcmindəki artım ilə əlaqədardır.

Xəbər 833 dəfə oxunub.




03.11.2025  19:39 

Bu şəhərdə qan su yerinə axır

03.11.2025  15:25 

Kürəkənə 10 il iş verildi

03.11.2025  14:44 

“Şəbnəmdən zəhləm gedir”


BÜTÜN XƏBƏRLƏR +