Oxumağa gedirlər, amma geri qayırmırlar...
“Badamlı Quşçuluq”da yoxlama... - Nələr aşkarlandı?
Ağadadaş Ağayevlə bağlı hökm yanlış tirajlanıb? - VİDEO
Paytaxtda nə qədər üztanıma kamerası var?
Türkiyəli “biznesmen“in arxasında hansı qüvvələr dayanıb?
Qohumlar arasında nikah qadağan olunur
Zelenskinin istefası müzakirə edilməyib – Fox News
Mərkəzi Gömrük Hospitalında nə baş verir?
1 milyonluq mənimsəmədən 100 mini ödənilib?
Kim boşanmaq istəyir: Kişilər, yoxsa qadınlar?


10.07.2018  09:15 

Toyda kütləvi dava - Ölən və yaralanan var





A+  A-

Şirvan şəhərində toyda qətl törədilib.
XəzərNews.az-ın APA-ya istinadən məlumatına görə, Salyan rayon sakini Yusif adlı şəxs bıçaq zərbəsi ilə qətlə yetirilib.

İlkin məlumata əsasən, insident toyda baş verən kütləvi dava zamanı qeydə alınıb. Hadisənin təfərrüatları dəqiqləşdirilir.

***

APA-nın məlumatına görə, qətl hadisəsi axşam saat 22:00 radələrində Şirvanda yerləşən şadlıq saraylarından birində qeyd alınıb.

Qohumlarının toyunda iştirak edən Neftçala rayonunun Surra kənd sakini, 1978-ci il təvəllüdlü Əliyev Azər Yusif oğlu kütləvi dava zamanı ürək nahiyəsindən bıçaqlanıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olmayıb. Hadisə zamanı toy mərasimində iştirak edən Sabirabad rayonunun Nəsimikənd kənd sakini, 1976-cı il təvəllüdlü Həsənov Teymur Hüseynqulu oğlu da əlindən bıçaq xəsarəti alıb.

Şirvan şəhər xəstəxanasına yerləşdirilən sonuncu qətli törətməkdə şübhəli bilinir. Hüquq-mühafizə orqanları şadlıq sarayının kamera görüntülərini araşdırırlar.

Hazırda qətlə yetirilən şəxsin meyiti müayinə olunmaq üçün Şirvan şəhər morquna yerləşdirilib. Kütləvi davada iştirak edən bir-neçə nəfər saxlanılıb.

Faktla bağlı Şirvan prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər 1231 dəfə oxunub.



11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?


BÜTÜN XƏBƏRLƏR +