Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb
Mövlud Çavuşoğlu Bakı forumundan danışdı
Prezident Bakı Forumunda iştirak edir
Azərbaycanda bir çox klinika bağlanacaq


13.12.2017  21:45 

Nazirlər Kabinetində ştatların sayı artırıldı





A+  A-

Nazirlər Kabineti aparatının strukturunda ştatların sayı artırılıb.
XəzərNews.az-ın APA-ya istinadən məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının strukturunun ştat cədvəli”ndə dəyişiklik edilməsi barədə 24 noyabr 2017-ci il tarixli qərarında əksini tapıb.

Nazirlər Kabinetinin 8 sentyabr 2017-ci il tarixli qərarı ilə təsdiqlənən “Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının strukturunun ştat cədvəli”ndə 200 ştat olub. Dəyişikliyə əsasən ştatların sayı 205-ə çatdırılıb.

Yeni qərara əsasən baş nazirin köməkçilərinin sayı 7 nəfərdən 3 nəfərə endirilsə də, baş nazirin birinci müavininə daha bir köməkçi və 4 yeni baş məsləhətçi ştatları ayrılıb, Nazirlər Kabinetinin Hüquq şöbəsində aparıcı məsləhətçi ştatı yaradılıb. Normativ hüquqi aktların sistemləşdirilməsi və arxiv işi üzrə sektorda da böyük məsləhətçilərin sayı artırılaraq 2 nəfərə çatdırılıb. Müraciətlərin və vətəndaşların qəbulu sektorunda da baş məsləhətçilərin sayı daha bir nəfər artırılaraq 2 nəfərə çatdırılıb.

Xəbər 1424 dəfə oxunub.



13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +