Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb
Mövlud Çavuşoğlu Bakı forumundan danışdı
Prezident Bakı Forumunda iştirak edir
Azərbaycanda bir çox klinika bağlanacaq


11.12.2017  18:36 

Nazir muzeylərlə bağlı tapşırıq verdi





A+  A-

Dekabrın 11-də Azərbaycan Milli İncəsənət Muzeyində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə paytaxt muzeylərinin fəaliyyətinə həsr olunan müşavirə keçirildi.
XəzərNews.az xəbər verir ki, müşavirədə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, nazirliyin Aparatının rəhbəri Rafiq Bayramov və müvafiq sahə üzrə struktur bölmələrin əməkdaşları, eləcə də Bakı şəhərində fəaliyyət göstərən muzeylərin direktorları iştirak edirdi.

Əbülfəs Qarayev çıxış edərək ölkəmizdə müasir tələblərə cavab verən muzey fəaliyyətinin qurulması, muzey işinin təkmilləşdirilməsi istiqamətində atılması olan addımlardan danışdı: “İndi ölkəmizdə turizm sənayesi özünün inkişaf dövrünü yaşayır. Hər il ölkəmizə gələn turistlərin sayı artmaqdadır. Həm yerli əhalinin, həm də xarici turistlərin asudə vaxtlarının daha səmərəli təşkili, eyni zamanda mədəni irsimizin təbliği üçün muzeylərin əvəzsiz rolu var. Ölkə əhalisinin və turistlərin muzeylərə cəlb olunması üçün sistemli fəaliyyət qurulmalıdır. Artıq bir neçə muzey turizm şirkətləri ilə müqavilə bağlayıb. Bu istiqamətdə işlər davam etdirilməlidir”.

Nazir qeyd etdi ki, muzey işçilərinin bilik və bacarıqlarının daha da artırılması, muzey işi üzrə yeniliklərin tətbiqi daha da genişləndirilməlidir: “Dünya inkişaf edir. Bizim yerimizdə saymağımızın vaxtı deyil. Müasir texnoloji imkanlardan istifadə edib zamanla ayaqlaşmalıyıq. İnternet saytlarının işinin düzgün qurulması, sosial şəbəkələrdən fəal istifadə olunaraq muzeylərin fəaliyyətinin təbliğ olunması çox vacibdir. Həm ölkə vətəndaşlarının, həm də xarici qonaqların muzeylərə marağının artırılması üçün təbliğat işləri gücləndirilməlidir. Eyni zamanda muzey bələdçilərinin biliklərinin də artırılması vacibdir”.

Əbülfəs Qarayev vurğuladı ki, son illər digər mədəniyyət ocaqları kimi, muzeylərdə də təmir-bərpa işləri görülüb, ekspozisiyalar yenidən qurulub: “Bu gün əksər muzeylərimizdə işin müasir tələblər səviyyəsində qurulması üçün hər cür şərait yaradılıb. Bu şəraitdən düzgün istifadə edərək insanları muzeylərə cəlb etməliyik”.

Nazir sonda bir daha muzey işinin təkmilləşdirilməsi və muzeylərə daha çox ziyarətçilərin cəlb olunması istiqamətində tapşırıq və tövsiyələrini verdi.

Xəbər 1448 dəfə oxunub.



13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +