Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb
Mövlud Çavuşoğlu Bakı forumundan danışdı
Prezident Bakı Forumunda iştirak edir
Azərbaycanda bir çox klinika bağlanacaq


11.12.2017  15:43 

“Xəzər Dəniz Gəmiçiliyi” və “Azəriqaz” məhkəməyə verildi





A+  A-

2017-ci ilin I yarısı ərzində 742 sığortaedən üzrə 22,89 mln. manat və ya ilin əvvəlinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) olan borcun 7,1%-i qədər borcun ödənişinin təmin edilməsi üçün məhkəmə orqanlarına iddia ərizələri göndərilib.
XəzərNews.az xəbər verir ki, Hesablama Palatasından "APA-Economics"ə verilən məlumata görə, 2016-cı ilin eyni dövründə həmin göstəricilər, müvafiq olaraq, 2333 sığortaedən, 12,21 mln. manat və 3,8% təşkil edib.

Göründüyü kimi, keçən ilin eyni dövrü ilə müqayisədə 3,1 dəfə az sayda sığortaedənə qarşı məhkəmə iddiası qaldırılsa da iddia qaldırılmış borc məbləği əvvəlki illə müqayisədə 10,68 mln. manat və ya 87,5% çoxdur. Cari ilin 6 ayı ərzində əsasən böyük məbləğdə borcu olan sığortaedənlərə qarşı iddia qaldırılıb.

İddiaların 4-ü iri sığortaeənlərə qarşı (o cümlədən, 1 iddia "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə qarşı, 3 iddia "Azəriqaz" İstehsalat Birliyinə qarşı), 16-sı dövlət mülkiyyətində olan digər təşkilatlara qarşı, 1-i bələdiyyə mülkiyyətində olan təşkilata qarşı, 228-i digər hüquqi şəxslərə qarşı, 513-ü isə fiziki şəxslərə qarşı qaldırılıb.

Qaldırılmış iddia ərizələrindən 10,87 mln. manat məbləği əhatə edən 450 ərizəyə məhkəmə orqanlarında baxılıb, əvvəlki dövrlərdə qaldırılmış iddialar da daxil olmaqla 3,3 mln. manat məbləğində və ya qaldırılmış iddia məbləğinin 14,4%-i qədər iddia məbləği təmin edilib, 7,51 mln. manat məbləğində 7 iddia ərizəsi rədd edilib, təmin edilmiş iddia ərizələri üzrə 0,11 mln. manat (23,4%) vəsaitin ödənişi həyata keçirilib. Qeyd edilənlər debitor borcların aradan qaldırılması üzrə həyata keçirilmiş tədbirlərin yetərli olmaması barədə fikir söyləməyə əsas verir.

Xəbər 1806 dəfə oxunub.



13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +