Ceyhun Bayramov Maqdalena Qrononu qəbul edib
Bu gün Super Ay hadisəsi müşahidə olunur
ADDA-da Səudiyyə Ərəbistanı səfiri ilə görüş keçirilib
İş adamı saxlanıldı: Oteli əxlaqsızlıq yuvasına çeviribmiş
Prezident daha bir sərəncam imzalayıb
Gürcüstandakı əməliyyatda azərbaycanlı öldürülüb?
Daha bir sosial ev dələduzluğu
FHN 1 ədəd 3 otaqlı evi 91 min manata tikdirəcək
Heydərov Mehdiyevə villa bağışlayıb? - Özü danışdı
Bakıda restoranda yanğın başlayıb


08.12.2018  10:45 

Sürücülərin nəzərinə





A+  A-

Paytaxtın Yusif Səfərov küçəsində təmir işləri ilə bağlı yol hərəkətinin nizamlanmasına bəzi dəyişikliklər edilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sözçüsü Anar Nəcəfli bildirib ki, aparılan təmir işləri ilə əlaqədar olaraq, bu gündən etibarən Yusif Səfərov küçəsindən Heydər Əliyev prospektinə qalxan hissədə, yol qovşağının aşağısında yerləşən geri dönmə hissə tam olaraq bağlanır.

Sürücülərdən bunu nəzərə almaları və öncədən hərəkət istiqamətlərinə uyğun digər geri dönmə hissələrdən istifadə etmələri xahiş olunur.

AAYDA yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyir.

***

Daha sonra AAYDA bu gün üçün geri dönmə hissəsinin bağlanmasının təxirə salındığı ilə bağlı məlumat yayıb.

Xəbər 3020 dəfə oxunub.




05.11.2025  18:05 

Daha bir sosial ev dələduzluğu

05.11.2025  13:27 

Prezident sərəncam imzaladı

05.11.2025  11:40 

Xəzər dənizində zəlzələ olub


BÜTÜN XƏBƏRLƏR +