“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib
Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq
Azərbaycanla Serbiya saziş imzaladı


22.07.2020  12:32 

Zelenski 13 sərnişini girov götürən şəxslə nə danışdı?





A+  A-

Ukrayna Prezidenti Vladimir Zelenski Lutsk şəhərində avtobusda 13 sərnişini girov götürən şəxslə telefon danışığı barədə açıqlama verib.
XəzərNews.az "Ukrainskaya Pravda"ya istinadən xəbər verir ki, Zelenski onunla 10 dəqiqəyə yaxın danışdığını bildiriib. "Onunla 7-10 dəqiqə danışdıq. Onun ilk addımı atacağı, bir neçə insanımızı sərbəst buraxacağı barədə razılaşdıq. Yaralıları, hamilə qadını və uşağı sərbəst buraxmağı xahiş etdim. Yaralıların olmadığını, bunu blef olaraq dediyini bildirdi. Beləliklə, razılaşdıq ki, üç nəfəri azad edəcək və bundan sonra mən video çəkəcəm. Video sosial şəbəkədə yayımlandıqdan sonra yarım saat ərzində bütün insanları sərbəst buraxdı. Əgər bir insanın həyatını belə riskə atmadan, silahsız yolla bir şey edə biliriksə, o zaman ... mən belə prinsiplərlə yaşayıram, yaşamışam və yaşayacağam. "

Zelenskinin sözlərində görə, doqquz saat ərzində psixoloqlardan tutmuş əlaqələndiriciyə qədər hamı o şəxslə danışıb, ancaq o, yalnız tələblərininin yerinə yetirilməsini istəyib.

"Dərhal xüsusi bir əməliyyat keçirməyi təklif etdilər. Hansı ki, necə bitəcəyini bilmirdik. Yəni bu, sürətli bir hücum olardı. Əminəm ki, effektiv olardı. Ancaq ölüm təhlükəsi həmişə var.",-deyə Zelenski qeyd edib

Xatırladaq ki, çərşənbə axşamı, silahlı bir şəxs Lutsk şəhərinin mərkəzində 13 sərnişinin olduğu avtobusu girov götürmüşdü. Bir gün davam edən danışıqlardan sonra, o, asayiş keşikçilərinə təslim olub, 13 girovun hamısı sərbəst buraxılıb, xəsarət alan olmayıb.

Hadisədə dönüş nöqtəsi Ukrayna Prezidentinin təcavüzkarın tələbini yerinə yetirdikdən sonra baş verib - Prezident onun tələbi ilə ukraynalıları "Yerlilər" filmini izləməyə çağırıb. Zelenski bu tələbi yerinə yetirdikdən sonra həmin şəxs əsirləri sərbəst buraxmağa razılaşıb.

Xəbər 1513 dəfə oxunub.




27.09.2024  15:31 

Millimiz Ermənistanı məğlub etdi


BÜTÜN XƏBƏRLƏR +