Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


13.09.2024  15:20 

İordan çayı sahilində öldürülən türkəsilli qızın cənazəsi niyə Azərbaycana gətirilib?





A+  A-

Xarici İşlər Nazirliyi 26 yaşlı Ayşenur Ezgi Eyginin cənazəsinin cümə günü Türkiyəyə gətiriləcəyini açıqlayıb.

Xəzərnews.az Diaspora.TV-yə istinadla xəbər verir ki, ədliyyə naziri Yılmaz Tunç jurnalistlərə bildirib ki, türk əsilli amerikalı fəal Ayşenur Ezgi Eyginin İsrail ordusu tərəfindən işğal olunmuş İordan çayının qərb sahilində qətlə yetirməsi ilə bağlı istintaq başladılıb və beynəlxalq həbs qərarı tələb olunacaq.

Xarici İşlər Nazirliyinin rəsmisi əlavə edib ki, Eyginin cənazəsinin cümə axşamı Təl-Əvivdən Azərbaycanın paytaxtı Bakıya, cümə günü səhər isə İstanbula gətirilməsi gözlənilir.

Dəfn mərasiminin Egey sahilindəki Didim şəhərində keçirilməsi planlaşdırılır.

"Fələstinlilərlə həmrəylik nümayiş etdirən dinc nümayiş zamanı Eyginin İsrail əsgərləri tərəfindən qəsdən hədəf alınaraq öldürüldüyünü" ifadə edərək, bu cinayətin cəzasız qalmaması üçün əlimizdən gələni edəcəyik" – deyə Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edək ki, İsrail, İordan çayının qərb sahilində yəhudi məskənlərinin genişləndirilməsinə qarşı etiraz aksiyasına qatılarkən öldürülən Eyginin ölümünə görə məsuliyyəti qəbul edib, lakin bunun qəsdən olmadığını bildirib.

Xəbər 3784 dəfə oxunub.




09.11.2024  16:24 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +