Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib
Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq
Azərbaycanla Serbiya saziş imzaladı
Prezident Bakıda keçirilən forumunun iştirakçılarına müraciət ünvanlayıb
Hikmət Hacıyev Patrik Prior ilə görüşüb
ABŞ səfirliyi İranı necə tələyə saldı? - TƏHLİL
Prezident Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib -Fotolar
Mehriban Əliyeva İtaliyadan paylaşım edib -Foto
Prezident Klaudio Deskalzi ilə görüşüb -Foto


05.06.2017  20:43 

Gürcüstan rəhbərliyindən Əliyevə məktub





A+  A-

Gürcüstanın Prezidenti Giorgi Marqvelaşvili azərbaycanlı həmkarı İlham Əliyevə məktub göndərib.
XəzərNews.az xəbər verir ki, məktubda deyilir:

“Milli bayramınız - Respublika Günü münasibətilə Sizi və qardaş Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm.

Məmnuniyyətlə qeyd etmək istərdim ki, müxtəlif çətinliklərə baxmayaraq, Azərbaycan xalqı uğurlu, müstəqil və inkişaf edən, beynəlxalq arenada layiqli yerini tutan dövlət yaratmağı bacarmışdır. Gürcüstan Azərbaycan Respublikası ilə dost əlaqələrinə böyük əhəmiyyət verir və inanıram ki, birgə səylərimiz nəticəsində strateji tərəfdaşlığımız və xalqlarımız arasındakı çoxəsrlik dostluq münasibətləri gələcəkdə daha da dərinləşəcəkdir.

Gürcüstanın suverenliyini və müstəqilliyini dəstəklədiyiniz üçün Sizə minnətdarlığımı ifadə edirəm.

Zati-aliləri, fürsətdən istifadə edərək bir daha Sizə öz dərin ehtiramımı ifadə edir və dost Azərbaycan xalqına sülh, əmin-amanlıq və rifah diləyirəm”.

***

Bununla yanaşı, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili də eyni məzmunlu məktub ünvanlayıb:

“İcazə verin, Sizi Gürcüstan Hökuməti və xalqı adından salamlayım və Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edim.

Böyük məmnuniyyətlə qeyd etmək istərdim ki, bu il Gürcüstan və Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin yaranmasının 25 illiyi tamam olacaqdır. Bu illər ərzində ölkələrimiz nəinki regional, bütövlükdə qlobal qarşılıqlı maraqlara əsaslanan mehriban qonşuluq münasibətləri və möhkəm dostluq əlaqələri qura bilmişdir.

Gələcəkdə tərəfdaşlığımızın daha da güclənməsini, müxtəlif sahələrdə əməkdaşlığımızın genişlənməsini arzu edirəm.

Zati-aliləri, Sizi bu əlamətdar bayram münasibətilə bir daha təbrik edir, Sizə və qardaş Azərbaycan xalqına davamlı sülh, əmin-amanlıq, uğurlar və rifah diləyirəm”.

Xəbər 1445 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

20.09.2024  17:03 

Prezident Sərəncam imzalayıb

18.09.2024  12:36 

Sabah hava necə olacaq?

17.09.2024  16:24 

İlqar Mustafayev həbs edilib


BÜTÜN XƏBƏRLƏR +