Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub


31.08.2017  10:32 

Məktəbli geyimini kimdən və necə alaq? - VALİDEYNLƏR, DİQQƏT!





A+  A-

Məktəb mövsümü gəlir. Valideynlərin qayğıları da artır. Hazırda isə ən böyük qayğı məktəbli geyimlərilə bağlıdır. Hardan alaq, necəsini seçək, hansı ziyanlı ola bilər və s. Kimi suallara cavab tapmaq da çətindir. Təəssüflər olsun ki, valideynlərin bu cür tərəddüdlərindən istifadə edən məktəb direktorları da var. Onlar qərarsız qalan insanları öz “məsləhət” gördükləri tikiş fabrikinə məktəbli geyimi almağa məcbur edirlər. Halbuki Təhsil Nazirliyinin açıqlamasında geyimin konkret bir yerdən alınması göstərilməyib. Bildirilib ki, valideynlər bu məslədə azaddırlar. İstədikləri yerdən geyim ala bilərlər. Yeganə şərt isə geyimin ümumi formaya uyğun gəlməsi və sağlamlıq üçün təhlükəli olmamasıdır.
Məsələ ilə bağlı Azad İstehlakçılar birliyinin sədri Eyyub Hüseynovla əlaqə saxladıq. O bildirdi ki, məktəbli geyimi ilə bağlı aparılan siyasətlə qəti razılaşmır:

“Əsas odur ki, məktəbli geyimi tələblərə cavab versin və istehlakçıların hüququ pozulmasın. İstehlakçının hüququ var ki, məktəbli geyimi alakən sertifikat tələb etsin. Sertifikatsız məktəbli geyiminin satılması istehlakçının hüquqlarının pozulmasıdır. Ağ tənzifi məktəbli geyiminə sürtüb onun rənginin çıxıb, çıxmamasını yoxlamaq məsləhətdir. Məktəbli geyiminin rəngi çıxarsa, bu artıq təhlükədən xəbər verir. Ağır metallar orqanizmə keçib insanları zəhərləyə bilər. Bizə gələn şikayətləri ümumiləşdirsək, əksəri məktəbli geyimlərinin qiymətlərinin baha olması, standartlara uyğun olmaması ilə bağlıdır. Bu da insanların hüquqlarının pozulması deməkdir. Və sizin sayt vasitəsilə məktəbli geyimi tikən tikiş yerlərinə müraciət edirəm. Kimlər tərəfindən sübut olunub ki, Azərbaycana bu cür məktəbli geyiməri lazımdır? Hələ bu cəmiyyətə çatdırılmayıb. Bunlar hamısı qaranlıq məsələlərdir. Biz çalışırıq ki, bu problem aradan qaldırılsın, instənilən adam məktəbli geyimi istehsal edib bazara çıxarsın ki, bu geyimlər ucuzlaşsın. 52 min müəllim, 4,500 məktəb, bir nazirlik bunun arxasında dayanıb ki, məktəbli geyimi yalnız onlardan alınmalıdır. Bu manopolya deyil, nədir bəs?”

Bəzi tikiş şirkərtləri də məktəb direktorlarının bu cür vəzifədən istifadə edərək valideynləri yönəltməsindən narazıdırlar. Onlardan biri də məktəbli geyimləri hazırlayan şirkətin rəhbəri Vahid Uluxanlıdır.

O açıqlamasında bildirdi ki, valideyinlər təşvişə düşməməli, tərddüd etməməlidirlər. Çünki vahid məktəbli forması, yəni standartlara cavab verən geyimlərin seçimində sərbəstdirlər:

“Heç kəs, hansısa müəllim, direktor sizin məktəbli forması seçiminizə təzyiq göstərə bilməz. Belə hallarla rastlaşarsınızsa, hüquqlarınızın pozulması ilə bağlı aidiyyatı qurumlara müraciət edə bilərsiz. Ən önəmli şərt budur ki, geyim alarkən keyfiyyətinə diqqət edin, sertifikart tələb etməyi unutmayın”.

Təhsil eksperti Kamran Əsədovun isə mövzuya münasibəti belə oldu:

“Artıq yeni tədris ilinə sayılı günlər qalıb. Lakin biz yenə də tədris ilinə köhnə problemlərlə qayıdırıq. Nazirliyin qərarına görə, hər məktəb özü forma müəyyən etməkdə müstəqildir. Bu zaman məktəbli formasının eskizi valideyinlər tərəfindən də razılaşdırlır. Lakin hamı məktəbli geyimini eyni yerdən alsın deyə bir qanun yoxdur. Ona görə də valideyn məktəbli geyimini istədiyi yerdən ala bilər. Ancaq geyimin məktəbin qəbul etdiyi dizaynda alınması şərtdir”.





(metbuat.az)

Xəbər 2523 dəfə oxunub.




09.11.2024  16:24 

Sabahın havası açıqlandı

08.11.2024  15:49 

Rusiya Kanadaya nota verib


BÜTÜN XƏBƏRLƏR +