Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib
Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq
Azərbaycanla Serbiya saziş imzaladı
Prezident Bakıda keçirilən forumunun iştirakçılarına müraciət ünvanlayıb
Hikmət Hacıyev Patrik Prior ilə görüşüb
ABŞ səfirliyi İranı necə tələyə saldı? - TƏHLİL
Prezident Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib -Fotolar
Mehriban Əliyeva İtaliyadan paylaşım edib -Foto
Prezident Klaudio Deskalzi ilə görüşüb -Foto


21.04.2017  11:45 

Azərbaycanda sıxışdırılan şirkət Ermənistana getdi - Bir Cahangir Əsgərov “şedevri“





A+  A-

Türkiyənin məşhur aviaşirkəti olan “Pegasus” İstanbuldan İrəvana uçuş həyata keçirəcək.
XəzərNews.az Skrom.net-ə istinadla xəbər verir ki, bu barədə erməni KİV-ləri yazıb. Məlumata görə, iyunun 1-dən etibarən “Pegasus” aviaşirkəti İstanbuldan İrəvana aviareyslər həyata keçirməyə başlayacaq. Aviaşirkət uçuşları həftədə üç dəfə – bazar ertəsi, çərşənbə və cümə günləri həyata keçirəcək.

Xatırladaq ki, “Pegasus” şirkəti ucuz aviabiletləri ilə məşhurdur. Daha öncə Azərbaycanda da fəaliyyət göstərməyə çalışan şirkətə, AZAL süni maneələr yaradaraq, ölkədən getməsinə səbəb olmuşdu.

Azbüdcəli uçuşlarıyla tanınan “Pegasus” ötən ilin martından Azərbaycana ayaq açmışdı. Şirkət Qəbələ hava limanından həftədə 3 reys həyata keçirirdi. Sərnişinlərin çoxu Bakıdan olduğundan, şirkətin Azərbaycan paytaxtındakı nümayəndəliyi ayrıca Bakı-Qəbələ və Qəbələ-Bakı avtobus marşrutu açmışdı. “Pegasus”un gəlişi ölkədə yaxşı qarşılanmış, hava daşımaçılığında rəqabətə yol açacağı düşünülmüşdü. Amma…

AZAL hər yola atıb, bu şirkəti də ölkədən qaçırmağa nail olmuşdu. Çünki ucuz bilet təklif edən şirkətlər AZAL-a qəti sərf etmir. Uçuş biletlərini maksimum qiymətə satan AZAL illərdir ki, bu sistemlə işləyir. Vətəndaşların narazılığı isə heç bir fayda vermir.

Bu səbəbdən ölkə xaricinə səfər etməyi planlaşdıran Azərbaycan vətəndaşları uçuş biletlərini Gürcüstandan alırlar. Bu üsulla uçmaq qat-qat ucuz başa gəlir. İllərdir ki, başqa şirkətlər Azərbaycanın hava nəqliyyatına, hava məkanına buraxılmır. AZAL hər şeyi inhisarında saxlayır və bunun sayəsində böyük pullar qazanılır.

İndi isə ölkəmizdə işləməyə imkan verilməyən “Pegasus” şirkəti Ermənistana ayaq açıb və rahat şəkildə uçuşlarını həyata keçirəcək.

Xəbər 1965 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

20.09.2024  17:03 

Prezident Sərəncam imzalayıb

18.09.2024  12:36 

Sabah hava necə olacaq?

17.09.2024  16:24 

İlqar Mustafayev həbs edilib


BÜTÜN XƏBƏRLƏR +