Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


25.10.2017  15:07 

““Lotu Quli”nin qohumusansa, getməlisən deyən sən deyildin?”





A+  A-

Kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun kirvəsi Məhəbbət Namazovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
XəzərNews.az Lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Alllahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə Məhəbbət Namazovun müdafiəsinə daha bir vəkil qoşulub. Şahid qismində polis əməkdaşı, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşı Vüqar Əbilov dindirilib. O qeyd edib ki, əməliyyat məlumatı olub: "Əməliyyat məlumatı gəldi, qrup yaradıldı. Bu adamı saxlamaq lazım idi. Həmin şəxsi saxladıq. Maşınına baxış keçirildi. Narkotik, güllələr aşkarladıq. Məhəbbət Namazovu Nəsimi Polis İdarəsinə apardıq".

Suallara cavab verən polis əməkdaşı qeyd edib ki, Məhəbbət Namazovun üzərində axtarış aparılan zaman hal şahidləri olub: "Nəsimi rayonunda yaşadığı ünvanın qarşısında gözlədik. Evdən çıxan kimi onu saxladıq. Özümüz çox səs-küy olmasın deyə maşınında axtarış edib, idarəyə apardıq. Məqsədimiz cinayətin yayılmasını qarşısını almaq olub".

Namazov qeyd edib ki, şahidin dedikləri yalandır: "Buna bir sualın var. Məsələnin açığını ikimizdə yaxşı bilirik. Sualım ondan ibarətdir ki, heç xəcalət çəkirsən? Vicdan əzabı çəkmirsən? Sən deyildin ki, "Lotu Quli" qohumusansa, getməlisən" deyən. Utan".

Məhkəmə noyabarın 1-də davam edəcək.

Qeyd edək ki, Məhəbbət Namazov 2016-cı ilin noyabrın 23-də Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun idarə etdiyi avtomobildən "Makarov" tipli tapança və külli miqdarda narkotik vasitə aşkar olunub.

Daha sonra Məhəbbət Namazovun Ağstafa rayonun Sadıxlı kəndində olan evində də axtarış aparılıb. Evdən də xeyli miqdarda patron tapılıb.

Məhəbbət Namazov Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq təkrar odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234.4.3 (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilir.

Xəbər 2100 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı

08.11.2024  15:49 

Rusiya Kanadaya nota verib


BÜTÜN XƏBƏRLƏR +