Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


25.10.2017  09:07 

Bu da cərimələrin artmasının real nəticəsi





A+  A-

"Bu ilin 9 ayı ərzində yol hərəkəti qaydalarını pozan sürücülər barəsində 64.8897 inzibati protokol tərtib edilib".
XəzərNews.az xəbər verir ki, bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib. Onun sözlərinə görə, bu dövr ərzində yol polisi tərəfindən 1986 sərxoş sürücü saxlanılıb. Bundan əlavə, işıqforun qırmızı işığında hərəkət edən 24897, sərnişindaşıma qaydalarını pozan 2256, nəqliyyat vasitəsini müvafiq sənədlər olmadan idarə edən 2129 sürücü barədə tədbir görülüb. Bundan əlavə, 70 sürücü avtoxuliqanlığa görə, 2941 sürücü isə polisin qanuni əmrinə tabe olmadığına görə qanunvericiliyin tələblərinə uyğun məsuliyyətə cəlb ediliblər.

Bölmə rəisi qeyd edib ki, ötən illə müqayisədə hadisələrin, ölən və xəsarətlərin sayında olduğu kimi, inzibati məsuliyyətə cəlb edilənlərin də sayı azalıb: "Artıq tətbiq edilən cəzalar və onların təsir mexanizmi müsbət nəticələr əldə etməyə imkan verir. Artıq milli xüsusiyyətimiz, mentalitetimizlə bağlı təhlükəli vərdişlər yavaş-yavaş unudulur. Bizdə də yol hərəkəti mədəniyyəti getdikcə formalaşır".

Qeyd edək ki, 2017-ci ilin 9 ayı ərzində paytaxtda 450 yol qəzası baş verib, nəticədə 139 nəfər həlak olub, 392 nəfər isə xəsarət alıb. Ötən ilin analoji dövrü ilə müqayisədə ölkə üzrə yol qəzalarının sayında 165 hadisə azalma olub. Nəticədə 17 ölüm, 295 xəsarət faktı azalıb. Ümumiyyətlə, son 5 ildə yo hadisələrinin, o cümlədən, ölən və xəsarət alanların sayında azalma müşahidə edilir. Məsələn, 2016-cı ildə 2013-cü illə müqayisədə paytaxtdakı yol qəzalarının statistikasında 327 hadisənin, o cümlədən, 150 ölüm, 309 xəsarət faktının azaldığı qeydə alınıb.

Xəbər 1551 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı

08.11.2024  15:49 

Rusiya Kanadaya nota verib


BÜTÜN XƏBƏRLƏR +