18.10.2017 13:49
Azərbaycanda daha 390 nəfər dəhşətli virusa yoluxub
Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən, 2017-ci ilin 9 ayında Azərbaycanda İİV-ə yoluxması yeni aşkarlanan insanların sayı 390 nəfərdir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan XəzərNews.az-a verilən məlumata görə, onlardan 385-i (97,7%) Azərbaycan vətəndaşı, 5-i (2,3%) isə əcnəbidir.
Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 31.12.2016-cı il tarixinə olan məlumatına əsasən, mərkəzdə 29.448 nəfər qeydiyyatda olub ki, onlardan 24.056 nəfəri dispanser, 5.392 nəfəri profilaktik qeydiyyatda olanlardır.
Onlardan 18 yaşa qədər 5 nəfər, 612 nəfəri qadın, 183 nəfəri toksikoman, 20.576 nəfəri (459 nəfər qadın) inyeksion narkotik istifadəçiləridir. 2016-cı ildə 2.142 nəfər yeni qeydiyyata götürülüb, 1.249 nəfər isə qeydiyyatdan çıxarılıb.
Bundan başqa, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar olunan 1987-ci ildən 1 oktyabr 2017-cı il tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunan 6575 nəfər qeydiyyata götürülüb ki, onlardan 6364-ü (96,7%) Azərbaycan vətəndaşı, 211-i (3,3%) isə əcnəbidir, İİV-ə yoluxmuş insanların 4817-i (73,7%) kişi, 1758-i (26,3%) qadındır.
İİV-ə yoluxması təsdiq olunan 6575 nəfərdən 3029-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş verib, onlardan 2230 (74,2%) nəfər dispanser qeydiyyatındadır. Oktyabrın 1-ə ART-yə cəlb olunan İİV-li xəstələrin ümumi sayı 4024 nəfər təşkil edib ki, onların da 1760 nəfəri İNİ olub. Bu ilin 9 ay ərzində isə ART-yə cəlb olunan 486 pasiyentdən 106 nəfərində İNİ aşkar edilib.
Hesabat dövründə Daxili İşlər Nazirliyi tərəfindən Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə göndərilən şəxslərin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinədən 19601 nəfər keçib. Onlardan 1090 nəfəri narkotik vasitələlərin istifadəsinə görə müayinə olunub və 586 nəfər istifadəçi aşkar olunaraq müvafiq qeydiyyata götürülüb.
Eyni zamanda, Ədliyyə Nazirliyi tərəfindən Respublika Narkoloji Mərkəzinə göndərilmiş şəxslərin məhkəmə-narkoloji tibbi yoxlaması təmin edilib və 1563 nəfər ekspertizadan keçirilib. Onlardan 943 nəfərə narkomaniyadan məcburi müalicə təyin edilib, mülkü işlə bağlı narkoloji tibbi müəsssisəsində məcburi müalicədə olan narkomanlıq xastəliyinə dücar şəxslərin ümumi sayı 27 nəfərdir, onlardan isə 12 nəfərinin müalicəsi hazırda davam etdirilir.
Həmçinin, 9 ay ərzində 2582 nəfər stasionar müalicəyə qəbul olunub ki, onlardan 939 nəfəri “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” (F10), 1454 nəfəri “Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları”(F11) diaqnozu ilə müalicəyə qəbul edilənlərdir. Eyni zamanda, metadonla əvəzedici müalicə proqramı üzrə fəaliyyət göstərən iki məntəqədə proqram çərçivəsində 216 xəstə müalicə alır. Onlardan 167 nəfəri Respublika Narkoloji Mərkəzində, 49 nəfər isə QİÇS-lə Mübarizə Mərkəzindədir.
Xəbər 1738 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|