Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


18.10.2017  12:43 

Kasıb təbəqə üçün bütün nəfəsliklər qapadılır





A+  A-

Azərbaycanda əlillərlə bağlı qanunvericilikdə ciddi dəyişikliklər ediləcək. Hazırlanacaq yeni layihəyə əsasən isə fiziki qüsurlu əlillərə sosial durumlarına görə müavinət veriləcək. Sosial durumu yaxşı olmayan əlillərə daha çox müavinət ödəniləcək. Sosial durumu yaxşı olan fiziki qüsurlu əlillərə isə müavinət verilməyəcək.
Milli Məclisdən bildiriblər ki, müavinətlərin kimlərə şamil olunacağı qaydaları da hazırlanacaq. Bu qaydaların necə olmasından asılı olmayaraq, Azərbaycan praktikasına istinadən əminliklə demək olar ki, fiziki qüsurlu əlillər pensiyaları ilə vidalaşmalı olacaq.

Ünvanlı sosial yardımların verilməsi meyarlarını yada salın. Sərəncamında hətta paltaryuyan maşın olan ailələrə belə yardım ayrılmır. Dövlətin sosial siyasətini həyata keçirən məmurlar belə hesab edir ki, ailənin paltar yuyan maşını varsa, o yoxsul sayıla bilməz.

Yəni paltaryuyan maşını da satıb daha rəzil günə qalmalıdır ki, dövlət mərhəmət əlini ona uzatsın. Ünvanlı sosial yardımların verilməsindəki korrupsiya hallarından danışmaq isə artıqdır – bu hər birinizə bəllidir. Son dövrlər isə praktiki olaraq ünvanlı sosial yardımlardan imtina edilir. Dövlət büdcəsinin xərclərinə yoxsulların pulunu kəsməklə qənaət edilir.


Fiziki qüsurlu əlillərə də eyni münasibət olacaq. Dövlətin sosial siyasətini həyata keçirən məmurlar belə hesab edəcək ki, əlilin çəliyi varsa, o yoxsul sayıla bilməz. Beləliklə, dövlət daha bir sosial öhdəliyindən imtina etməyə hazırlaşır.

Lap tutaq ki, 3-5 faiz fiziki qüsurlu əlil yaxşı yaşayır. Sağlamlığını ömürlük itirmiş insanlara ayda 150-160 manat təqaüdü çoxmu görürlər? Bəs əlillər dövlətin varlığını necə hiss edəcəklər?

Konstitusiya ya 2009-cu ildə edilmiş dəyişikliyə görə, Azərbaycan sosial dövlətdir. Bu gün isə sosial dövlətin son əlamətləri də ləğv edilir.

Ünvanlı sosial yardımlar, çoxuşaqlı ailələrə verilən müavinətlər faktiki dayandırılıb, fiziki qüsurlu əlillərin pensiyası faktiki ləğv edilir, dövlət səhiyyə müəssisləri rəsmən pullu xidmətə keçir, li təhsil 75 faiz pulludur, bu yaxınlarda orta təhsil məktəblərinin ödənişli xidmətə keçməsi ilə bağlı məlumat yayıldı. Bir sözlə, sosial dövlət modelindən rəsmən imtina edilir.

Hökumət bu yaxınlarda daha bir sosial ideyanı ana bətnindəcə dəfn etdi. Söhbət sosial evlərin əhaliyə satılmasından gedir. Sosial evlərin satışa çıxarılması “sosial ev” fəlsəfəsinə ziddir. Bu evlər kasıb ailələrə simvoliklə məbləğə - ayda 20-30 manata kirayə veriməli idi. Ancaq rəsmən elan edildi ki, satılacaq. Satış şərtləri isə kasıb təbəqənin yox, orta təbəqənin imkanların adekvatdır. Kobud desək, hökumət “pulun varsa giriş, yoxsa sürüş” prinsipi ilə işləyir.

Kasıb təbəqə üçün bütün nəfəsliklər qapadılır. Bu artıq sosial siyasət yox, sosial fəlakət siyasətidir.

Avropada yoxsulluq meyarı paltaryuyan və yaxud unitazla yox, vətəndaşın bahalı sosial xidmətlərə çıxışının olub-olmaması ilə ölçülür. Konkret desək, evin, işin, hətta avtomobilin ola bilər, ancaq xəstələnəndə yüksək səviyyəli tibbi xidmətdən faydalana bilmirsə, avtomatik dövlətin himayəsi altına keçir. Azərbaycanda isə olan-qalan sosial işartılar da ləğv edilir, kasıb təbəqə rəzil duruma salınır, əvəzində isə statistikanı saxtalaşdırıb “uğurlu sosial siyasət” haqda nağıllar uydururlar.

Qadir İbrahimli

Xəbər 3211 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı

08.11.2024  15:49 

Rusiya Kanadaya nota verib


BÜTÜN XƏBƏRLƏR +