Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib
Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq
Azərbaycanla Serbiya saziş imzaladı
Prezident Bakıda keçirilən forumunun iştirakçılarına müraciət ünvanlayıb
Hikmət Hacıyev Patrik Prior ilə görüşüb
ABŞ səfirliyi İranı necə tələyə saldı? - TƏHLİL


29.08.2022  17:14 

Pakistanda son vəziyyət... - Qayser Nəvvab açıqlayır





A+  A-

Pakistanda musson iqliminin gətirdiyi yağışlar 1000-ə yaxın insanın həyatına son qoyub. Daşqınlardan zərər çəkənlərin sayı 30 milyona çatıb. Ölkədə fövqəladə vəziyyət elan edilib.

Baş vermiş hadisənin detalları və görüləcək işlər barədə açıqlama verən strateji kommunikasiyalar üzrə pakistanlı ekspert Qayser Nəvvab bildirib ki, hadisə nəticəsində insan tələfatı ilə yanaşı, çox sayda adamın əmlakına ciddi zərər dəyib.

“Hazırda Pakistanda vəziyyət həqiqətən çox pisdir. Daşqınlar nəticəsində hökumət binaları, yaşayış yerləri, bazarlar, yollar, körpülər dağılıb. İnsanlarla yeganə əlaqə yalnız havadan mümkündür. Baş vermiş hadisə nəticəsində təkcə insanlar deyil, digər canlılar – heyvanlar, bitkilər də məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb. Avqustun əvvəlində hökumət təcili humanitar yardım üçün BMT-yə və digər beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Xilasetmə əməliyyatlarına Pakistan hərbi hava və dəniz qüvvələrinin bölmələri cəlb olunub. Hazırda pakistanlı xilasedicilər hələ də daşqınların baş verdiyi bir çox ərazilərə çata bilmirlər. Bununla belə BMT Pakistana 3 milyon dollar dəyərində yardım ayıracağını bildirib”.



Qayser Nəvvab daşqınların yaratdığı fəlakətin aradan qaldırılması istiqamətində göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edərək bildirdi ki, bu dost və qardaş Pakistan xalqı tərəfindən yüksək qiymətləndirilir:

“Biz hazırda zərərçəkmiş ailələrə yardımların edilməsi, ianələrin toplanması və çatdırılması üçün köməklik edirik. Ən böyük problem enerji ilə bağlıdır. İki gündür ki, təbii fəlakət nəticəsində evsiz qalan insanları sığınacaqlara yerləşdirib onları geyim və ərzaqla təmin etməyə başlamışıq. Bu istiqamətdə Pakistan xalqına kömək edən hər kəsə təşəkkür edirəm”.

Xatırladaq ki, Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri Bilal Haye “Twitter” hesabında Pakistan Xarici İşlər Nazirliyinin paylaşımını “retvit” edib.



“Qardaş Azərbaycanın bu xeyirxah jestini dərin rəğbətlə qarşılayırıq. Bu çətin zamanda Pakistan xalqının yanında olduğunuz üçün təşəkkür edirik. Biz Azərbaycan hökuməti tərəfindən səxavətli dəstəyə görə Azərbaycan Prezidentinə təşəkkür edirik. Çətin zamanda bu həmrəylik jestini yüksək qiymətləndiririk”, - paylaşımda deyilir.

Məlumat üçün bildirək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığı aparıb. Ərdoğan danışıq zamanı Pakistanda güclü musson yağışlarının səbəb olduğu sel fəlakəti ilə bağlı keçmiş olsun diləyini çatdırıb. Dövlət başçısı həyatını itirən pakistanlılara Allahdan rəhmət, yaralılara şəfa diləyib. Türkiyə Prezidenti hər zaman olduğu kimi bu çətin gündə də Pakistan xalqına hər cür dəstək verməyə hazır olduğunu bildirib.



Xəbər 2438 dəfə oxunub.




23.09.2024  17:39 

Baş nazir yeni qərar imzaladı

23.09.2024  12:18 

Medianews.az 12 yaşında -Foto

22.09.2024  20:13 

İranda matəm elan edilib

20.09.2024  17:03 

Prezident Sərəncam imzalayıb


BÜTÜN XƏBƏRLƏR +