Ukraynada Azərbaycan abidələrinin qorunmasına başlanılıb -FOTO
Füzulidə 14 illik idarəçilik: Bu kreslo niyə dəyişmir?
Bəxtiyar Hacıyevin kassasiya şikayəti təmin edilmədi
Zelenski Türkiyəyə səfər edəcək
“Baku Electronics“ Çin mallarını yapon adı ilə satırmış
Dünyada internetin sürətinə görə geridəyik
“Aztelekom“ 2,4 milyon manata nə alır?
“Kontakt Home” qanun pozuntusuna yol verib
Reyddə saxlanılan 850 minlik “Ferrari” kimindir? - Video
Bu sahələrdə də ƏDV-ni geri alacaqsız


19.10.2025  16:36 

Fəzail Ağamalının Ramiz Mehdiyevə məktubu üzə çıxıb





A+  A-

Ana Vətən Partiyasının sədri, sabiq deputat Fəzail Ağamalının Ramiz Mehdiyevə məktubu üzə çıxıb.

XəzərNews.az Globalinfo.az-a istinadən xəbər verir ki, 17 aprel, 2018-ci ildə yazılan məktubun mətnində bunlar qeyd olunub.

“Hörmətli, Ramiz müəllim, sizi yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, milli dövlətçiliyimizin güclənməsində göstərdiyiniz yorulmaz fəaliyyətdə uğurlar arzulayıram.

Ulu öndərimiz Heydər Əliyevin yaxın silahdaşı kimi, ən çətin günlərdə dövlətçiliyimizin qorunub saxlanılması va möhkəmləndirilməsi və onun yüksək inkişaf səviyyəsinə qaldırılmasında müstəsna rol oynayan möhtərəm cənab prezidentimiz İlham Əliyev siyasətinin həyata keçirilməsində göstərdiyiniz ciddi xidmətlər Sizə ölkəmizdə böyük nüfuz qazandırmışdır.

Müasir dövrümüzdə ictimai fikir tarixinə, fəlsəfi baxışlar sisteminə bəxş etdiyiniz fundamental əsərləriniz Sizə, həm də görkəmli tədqiqatçı kimi, cəmiyyətimizdə sabnallı alim statusu qazandırmışdır.

Sizi bir daha yubileyiniz münasibətilə təbrik edir, Sizə möhkam can sağlığı, məsuliyyətli va şərəfli işinizdə uğurlar diləyirəm”.

Qeyd edək ki, bundan əvvəl Fəzail Ağamalı Ramiz Mehdiyevi açıq şəkildə tənqid edən siyasətçilərdən biri olduğunu deyib. Hətta prosesə 2001-ci ildən başladığını, hər zaman Mehdiyevlə mübarizə apardığını, onun əleyhinə çıxışlar etdiyini vurğulayıb.

Xatırladaq ki, Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti, akademik Ramiz Mehdiyev barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 278.1-ci (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham olunur.



Xəbər 2970 dəfə oxunub.




18.11.2025  11:15 

HANSI QAZAXISTAN, AY İRAN?

17.11.2025  17:36 

Bakıda taksidən meyit tapıldı

17.11.2025  17:25 

Prezident fərman imzaladı

17.11.2025  16:41 

Əhməd Oruc insult keçirib


BÜTÜN XƏBƏRLƏR +