Rusiyada azərbaycanlı iş adamı itkin düşüb
Direktorların vatsap qrupunda qalmaqal
Azərbaycan XİN Türkiyəni təbrik edib
Paşinyan “sensasion xəbər”i açıqladı
İstanbulda yaşayış binası çökdü -VİDEO
Ağdam rayonuna köç karvanı yola salındı
İlham Əliyev Zəngilana səfər edib
Əhmədzadənin həbsi ilə... 32 azərbaycanlı uşağın təhsili yarıda qaldı
“Lukoyl” Azərbaycandakı məntəqələrini satışa çıxardı
“Bolmart” supermarketlər şəbəkəsi bağlanıb


27.10.2025  17:02 

General Saleh Səmədova medal veribmiş - FOTO





A+  A-

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi vəzifəsindən azad edilən general-mayor İlqar Abbasovla bağlı maraqlı fakt üzə çıxıb.

XəzərNews.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, 2022-ci ilin iyulunda sözügedən vəzifəyə təyin olunmuş İ.Abbasovun İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədova medal təqdim etdiyi məlum olub.

Belə ki, İ.Abbasov 2023-cü ildə baş tutan görüşdə S.Səmədova qurumun yaradılmasının 30 illiyinə həsr edilmiş medalı və medalın sənədini təqdim edib.

İlqar Abbasovla Saleh Səmədovun yaxınlığı medalla yekunlaşmır. Belə ki, bir müddət əvvəl S.Səmədovun oğullarından biri də bu qurumda məsul vəzifəyə təyin edilibmiş.

Qeyd edək ki, ötən həftə rəis vəzifədən kənarlaşdırılan İlqar Abbasov əvvəllər Bakı şəhərinin prokuroru olub. S.Səmədov 9 Mayda keçirilən tədbirdə rus imperiyasının rəmzi sayılan “Georgi lenti” ilə çıxış etdiyi üçün Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılıb və 5 ay əvvəl Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən mənimsəmə ittihamı ilə həbs edilib. Onun oğulları da tutduqları vəzifələrdən kənarlaşdırılıblar.

Xəbər 2259 dəfə oxunub.




29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi

28.10.2025  11:03 

Prezident Sabirabada səfər edib


BÜTÜN XƏBƏRLƏR +