Zelenski: “Ukrayna ləyaqətini itirmək riski ilə üz-üzədir”
Bakıda “Porsche“ belə yandı - VİDEO
Tapança, qumbara və tüfənglər götürüldü
Rusiya XİN-dən səfirliyimizə hücumla bağlı...
Daha bir neçə marşrutu müsabiqəyə çıxarılır
Politoloq Partiyadan qovuldu
9 yaşlı futbolçu Nuray üçün AFFA-ya müraciət olundu
Vaşinqtonun sülh planı narazılıq yaradıb?
AQTA xəbərdarlıq etdi: bu uşaq qidası...-FOTO
Nazir müavini ADDA-nı ziyarət edib - Fotolar


18.09.2019  15:49 

Rövşən Məmmədovdan AzTV-nin loqosu ilə bağlı açıqlama





A+  A-

Azərbaycan Dövlət Televiziyası, İdman və Mədəniyyət kanallarının yeni loqosunda mavi, qırmızı və yaşıl üçbucaqlardan istifadə olunması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, loqoda bu formadan niyə istifadə edildiyi əksər izləyicidə sual doğurub.
XəzərNews.az xəbər verir ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov loqoda niyə üçbucaq təsvir olunduğunu belə şərh edib:

“Niyə 3 bucaq?

Özlüyündə sadə, lakin düşünürük kifayət qədər müasir formaya malik yeni loqonun elə bir o qədər də sadə rəmzi mənası var. Belə ki, 3 bucağın hər bucağı konkret dövrü ifadə edir: keçmiş, bu gün və gələcək.

1-ci bucaq. Azərbaycan Televiziyası 63 illik zəngin tarixi keçmişə və özünəməxsus ənənələrə, inkişaf yoluna malikdir. Zaman dəyişsə, yeni zövqlər və tələblər meydana gəlsə də biz tariximizə bağlıyıq və atdığımız hər bir addım məhz həmin ənənələrə, kökə söykənməlidir.

2-ci bucaq. Auditoriya uğrunda sözün əsil mənasında gərgin mübarizənin getdiyi müasir günümüzdə biz zamanla ayaqlaşmalı və tamaşaçı zövqünə cavab verməliyik. Deməli, tarixiliklə yanaşı müasir tələblər də əsas götürülməli, müasirliklə ayaqlaşmalı, hətta bəzi prinsiplər dəyişməlidir.

3-cü bucaq. Biz gələcəyə baxırıq və əsas hədəfimiz doğma kanalımızı yalnız Azərbaycanda deyil, MDB məkanında, regionda və bir qədər də qabağa gedərək dünyada aparıcı informasiya vasitələrindən birinə çevirməkdir. Bu yolda dəstəyimiz - müstəqil Azərbaycan dövləti və yorulmadan çalışan böyük yaradıcı kollektivimizdir.

Beləliklə, yeni loqo özlüyündə keçmiş dəyərlərə hörmət, müasirlik və yeniliklə ayaqlaşma və gələcək hədəflərə doğru inamla addımlamaq mənalarını təcəssüm etdirir. Vətənimiz, millətimiz üçün xeyirli olsun”.

Xəbər 3197 dəfə oxunub.




21.11.2025  18:23 

Əməkdar artist səhnədən getdi?

21.11.2025  18:21 

Politoloq Partiyadan qovuldu

21.11.2025  16:01 

Ağır yol qəzası: Ölənlər var

21.11.2025  12:21 

Sabah 16-20 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +