Prezidentlər arasında görüş keçirilib
Almaniyada nə baş verir: 40 Azərbaycanlı...
Azərbacanda informasiya sistemlərinə kiberhücumla bağlı XƏBƏRDARLIQ -FOTO
Xalq artisti ilə vida mərasimi Təzəpir məscidində keçiriləcək
Səs yazısı yayılan direktor işdən atıldı -FOTO
Rusiyada təyyarə qəzaya uğrayıb
Rusiyada azərbaycanlı müəllimin saxta olduğu üzə çıxıb
“Onları NATO-dan çıxarmaq lazımdır”-Tramp
Təyyarə qəzaya uğradı: Həlak olanlar var
Aeroporta rəhbər təyin edildi -FOTO


17.07.2025  10:25 

Millimiz Avropa birinciliyini 13 medalla başa vurdu





A+  A-

Serbiyanın Novi Pazar şəhərində yeniyetmə boksçular arasında keçirilən Avropa birinciliyi başa çatıb.

XəzərNews.az Teleqraf-a istinadla xəbər verir ki, yarışın son günündə Azərbaycan millisinin daha bir medalı rəsmiləşib.

+80 kq-da mübarizə aparan Səfdər Məmmədzadə finalda rusiyalı Boqdan Smolkinlə döyüşüb. Görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşdığından Məmmədzadə gümüş medalla kifayətlənib.

Bununla da, Azərbaycan yığması Avropa birinciliyini 1 qızıl, 4 gümüş və 8 bürünc medalla başa vurub. Milli bu göstərici ilə komanda hesabında 3-cü yeri tutub.

Boksçulardan daha öncə Əminə Tağı (50 kq) Avropa çempionu tituluna yiyələnib. Cəmilə Muradlı (52 kq), Fidan Bakarova (63 kq), Səma Abbasova (66 kq) gümüş, Qardaş Rəhimov (46 kq), Məhəmməd Rəsulov (50 kq), Raul Heydərli (54 kq), Şahin Aslanov (60 kq), Haqverdi Həsənov (63 kq), Aylin Nəzərova (46 kq), Gülər Hüseynova (48 kq) və Zəhra Məmmədova (54 kq) bürünc medal qazanıblar.

Xəbər 1529 dəfə oxunub.



10.10.2025  10:20 

Millimiz Fransaya qarşı

10.10.2025  01:27 

Rusiyada təyyarə qəzaya uğrayıb

09.10.2025  18:32 

DİN Astarada əməliyyat keçirib


BÜTÜN XƏBƏRLƏR +