Pakistanın keçmiş baş naziri İmran Xan öldürülüb
Deputatın qızı xristianlığı qəbul edib?
Azərbaycanın tələbi ilə dəyişiklik etməyəcəyəm - Tatoyan
Binəqədidə marketlərdən quldurluq ediblər
Qurban Qurbanov ölkədən çıxan kimi.... - AFFA iclas keçirir
Şahin Mustafayev Aleksandr Novakla görüşdü
Yerimizi göstərdilər... - Açıqlama
Təzəpir məscidinin ətrafı da plana düşdü
Adil Əliyev üç sürücünü vəzifədən azad etdi
İlon Mask: Mühacirlikdən dünyanın ən varlı adamına


28.02.2023  11:03 

Sergey Lavrov Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdi





A+  A-

Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevralın 28-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb.

XəzərNews.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova teleqram kanalında yazıb.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

S.Lavrov həmçinin Şəhidlər xiyabanını ziyarət edərək, Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Xəbər 2614 dəfə oxunub.




26.11.2025  12:22 

Sabahın havası açıqlandı

25.11.2025  16:43 

Prezident 2 fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +