Pakistanın keçmiş baş naziri İmran Xan öldürülüb
Deputatın qızı xristianlığı qəbul edib?
Azərbaycanın tələbi ilə dəyişiklik etməyəcəyəm - Tatoyan
Binəqədidə marketlərdən quldurluq ediblər
Qurban Qurbanov ölkədən çıxan kimi.... - AFFA iclas keçirir
Şahin Mustafayev Aleksandr Novakla görüşdü
Yerimizi göstərdilər... - Açıqlama
Təzəpir məscidinin ətrafı da plana düşdü
Adil Əliyev üç sürücünü vəzifədən azad etdi
İlon Mask: Mühacirlikdən dünyanın ən varlı adamına


27.07.2022  09:23 

Zakir Qaralova məxsus şirkətin borcu 5 milyona çatır





A+  A-

“Akkord” şirkətlər qrupuna daxil olan “Akkord Hydrotechnical Construction Company” MMC-nin dövlət qarşısında vergi borcu 4,5 milyon manata çatıb.

XəzərNews.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakının Nərimanov rayonu, Teymur Əliyev küçəsi k 59. (İndiki Məmməd Araz) ünvanında qeydiyyatda olan şirkətin hazırda vergi borcu 4 410 070.30 manat təşkil edir.

Bu borc iki ay öncə 2 122 041.59 manat idi.

“Korporasiya bu öhdəliklərin hissə-hissə icrası istiqamətində vergi orqanları ilə danışıqlar aparıb və müəyyən razılıq əldə olunub” - Şirkətdən may ayında verilən açıqlamada qeyd olunmuşdu.

Qeyd edək ki, şirkətin əsas fəaliyyət dairəsinə su və kanalizasiya sistemlərinin çəkilməsi, içməli və çirkab sutəmizləyici qurğuların, inzibati binaların, su anbarlarının və yardımçı binaların tikilməsi daxildir.

Eyni zamanda şirkətlər qrupuna daxil olan “Körpü-Tünel Tikinti” MMC-nin də vergi borcu artıb. İki ay öncə MMC-nin vergi borcu 269 274.31 manat idisə, indi bu məbləğ 1 317 642.77 AZN-dir.

Qeyd edək ki, Akkord Şirkətlər Qrupu sabiq baş prokuror Zakir Qaralova məxsusdur.

Xəbər 4482 dəfə oxunub.




26.11.2025  12:22 

Sabahın havası açıqlandı

25.11.2025  16:43 

Prezident 2 fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +