Yerimizi göstərdilər... - Açıqlama
Təzəpir məscidinin ətrafı da plana düşdü
Adil Əliyev üç sürücünü vəzifədən azad etdi
İlon Mask: Mühacirlikdən dünyanın ən varlı adamına
Vaqif Hüseynov 63 yaşında vəfat etdi -FOTO
Uitkoffla Uşakovun danışığını onlar sızdırıb - Naumov
Daha bir xəstəxananın adı dəyişdirildi
Nazir “Napoli”-“Qarabağ“ matçını stadiondan izləyib
Uşaq meydançasının yerində bina tikiləcək? - VİDEO
Sumqayıtda faciə: Qadın iynədən sonra öldü


27.10.2025  13:42 

“Yelo Bank”a neçə dəfə maliyyə sanksiyaları tədbiq edilib?





A+  A-

“Yelo Bank”a indiyədək vergi öhdəlikləri üzrə tətbiq edilən maliyyə sanksiyaları açıqlanıb.

XəzərNews.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Dövlət Vergi Xidmətinin kommersiya qurumlarının dövlət reyestri məlumatlarından əldə edilən xəbərə görə, banka qarşı maliyyə sanksiyaları Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə tətbiq edilib.

Belə ki, 2007-ci il üzrə 4 hal üzrə ümumilikdə 160 manat, 2010-ci il üzrə 1 hal üzrə ümumilikdə 40 manat, 2012-cu il üzrə 1 hal üzrə ümumilikdə 40 manat, 2017-ci il üzrə 1 hal üzrə ümumilikdə 40 manat, 2019-cü il üzrə 1 hal üzrə ümumilikdə 40 manat və 2020-cü il üzrə 1 hal üzrə ümumilikdə 40 manat maliyyə sanksiyası tətbiq edilib.

Son beş ildə isə əvvəlki illərdən nəticə çıxaran banka qarşı heç bir maliyyə sanksiyası tətbiq edilməyib.

Xatırladaq ki, “Yelo Bank” 1994-cü ildən fəaliyyət göstərən “Nikoil Bank” ASC-nin bazasında 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 378 milyon manatdır. Bankın səhmlərinin 96%-i “Topaz Investments Limited” QSC-yə, 3,9%-i Marina Kulişovaya (Bankın Müşahidə Şurasının sədri, həm də əsas səhmdarın direktoru), 0,1%-i isə “İSR Holdinq” MMC-yə məxsusdur. Bankın İdarə Heyətinin sədri isə Anar Həsənovdur.



Xəbər 1975 dəfə oxunub.




26.11.2025  12:22 

Sabahın havası açıqlandı

25.11.2025  16:43 

Prezident 2 fərman imzaladı

25.11.2025  15:41 

Zelenski ABŞ-a səfər edə bilər

25.11.2025  14:02 

Xırdalanda yaşayış evi yanır


BÜTÜN XƏBƏRLƏR +