Rusiya mediasından Azərbaycana qarşı TƏXRİBAT
“PulPal” “Mpay”də qanun pozuntuları aşkarlanıb
Təhsil Tələbə Kreditini almaq niyə əlçatmaz olub?
Daha bir məktəb direktorunun səs yazısı yayıldı
Nazirlik Mehdiyevlərin şirkətilə 288 min manatlıq müqavilə imzaladı
Qubada həll olunmayan yol problemi
Kəlbəcərdə yaralanan jurnalist məhkəmədə ifadə verdi
“Səhər 9-da xəstəxanada olsaq da, növbəmiz 1780-ci idi...
Kosmetoloq jurnalisti məhkəməyə verdi
Rusiya Azərbaycan diaspor rəhbərini niyə axtarışa verib?


08.08.2019  09:58 

Fermerlərə 63 milyon subsidiya ödəniləcək





A+  A-

Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin sədrliyi Respublika Komissiyasının növbəti iclası keçirilib.
XəzərNews.az xəbər verir ki, iclasda kənd təsərrüfatı məhsulları istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 50 manat, buğda və çəltik əkinlərinə görə əlavə 40 manat məbləğində, barama istehsalçılarına emal müəssisələrinə təhvil verdikləri yaş baramanın (əyrilən və karapaçax barama istisna olmaqla) hər kiloqramına görə 5 manat məbləğində subsidiyanın verilməsi, habelə hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin, biohumusun və pestisidlərin satış qiymətinə tətbiq edilən güzəştin ödənilməsi ilə bağlı Dövlət Aqrar İnkişaf Mərkəzlərinin təqdim etdiyi sənədlərə baxılıb.

Kənd təsərrüfatı məhsulları istehsalçılarına yardımın ödənilməsi məqsədilə müvafiq sənədlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, “Kapital Bank” ASC-yə və aidiyyəti Dövlət Aqrar İnkişaf Mərkəzlərinə göndərilib.

Ümumilikdə, 2019-cu ildə Respublika Komissiyası 59 rayon (şəhər) üzrə 383665 istehsalçıya 1214259,08 hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə 83240,7 min manat, 36 rayon (şəhər) üzrə 5543 barama istehsalçısına barama emalı və ipək istehsalı müəssisələrinə təhvil verdikləri 624427,65 kiloqram yaş baramaya görə dövlət büdcəsinin vəsaiti hesabına 3122,1 min manat məbləğində subsidiya ödənilməsi barədə qərar qəbul edib.

Respublika Komissiyası qeyd edilənlərlə yanaşı 23 satıcı təşkilata 92137 istehsalçıya 388450,29 hektara görə satılmış mineral gübrələrin qiymətinə tətbiq edilmiş 36447,4 min manat, 64757 istehsalçıya 253427,94 hektara görə satılmış pestisidlərin qiymətinə tətbiq edilmiş 8132,3 min manat, cəmi 44579,6 min manat məbləğində güzəştin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi barədə qərar qəbul edib

Xəbər 3541 dəfə oxunub.




31.07.2025  17:47 

Füzulidə ağır qəza baş verib

31.07.2025  15:58 

Sabiq prokuror vəfat etdi

31.07.2025  14:44 

Bu ərazilərdə işıq kəsiləcək

31.07.2025  14:33 

Qubada həll olunmayan yol problemi

31.07.2025  13:50 

İlham Əliyev sərəncam imzaladı

31.07.2025  12:17 

Sabah 41 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +