Xərçənglə təkbaşına mübarizə: İcbari Tibbi Sığortanın onkoloji xəstələrə verdiyi tək şey ÜMİDDİR
“TikTok”da tanış olduğu qadının uşaqlarına dəhşətli işgəncələr verdi
İcra hakimiyyətinin sahibsiz telefonları, günü-gündən böyüyən problem - Nərimanovdan ŞİKAYƏT
Putin “Oreshnik“in Rusiyada istehsalından danışdı
Yevlaxda toyda söyüş söyən qonağı pilləkəndən atdılar
Rövnəq Abdullayev iş kabinetindən narazıdır?
Qarpız və yemişi rahat yeyə bilərsiniz
“Markov Azərbaycan agentidir“ - Zatulindən ŞOK AÇIQLAMALAR
Polis məşhur müğənnini Nardaran pirinə buraxmadı
Xəlilovlar Putini seçdi


01.05.2017  15:48 

“BakuBus” sərnişinlərə müraciət etdi





A+  A-

Son günlər “BakuBus” avtobuslarının salonunda və qapılarda yerləşdirilmiş məlumat xarakterli nişanların, maarifləndirici lövhələrin bəzi sərnişinlər tərəfindən söküldüyü və zədələndiyi müşahidə olunur.
Bu haqda XəzərNews.az-a "BakuBus"un Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinn rəhbəri Mansur Piriyev məlumat verib.

M.Pireyev bu kimi hallara yol verməklə qanunun tələblərini pozan sərnişinləri öz mənfi hərəkətlərindən çəkinməyə çağırıb:

“Bu işarələr əsasən, sərnişinlərin avtobusa daxil olma və avtobusdan çıxışını bildirən istiqamətverici nişanlardır. Bildiririk ki, ölkə qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan istifadə zamanı yol verilən bu kimi hərəkətlər həmin sərnişinlər üçün əlavə məsuliyyət yaradır.
Belə ki, Nazirlər Kabinetinin 141 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na əsasən, sərnişinlərə avtonəqliyyat vasitəsini və onun avadanlığını zədələmək, salonunu zibilləmək və digər bu kimi mənfi hərəkətlərə yol vermək qadağandır. Eyni zamanda, sərnişin bu qaydaların tələblərinin pozulmasına, habelə daşıyıcıya, və ya avtomobil nəqliyyatı ilə sərnişin daşımalarının digər iştirakçılarına vurduğu maddi ziyana görə məsuliyyət daşıyır.
Bununla yanaşı, “BakuBus” həmin şəxslərin aşkar olunaraq hadisəni törətdikləri andakı videogörüntülərinin yayılması , qanunsuz hərəkətlərinin ictimailəşdirilməsi və onların bu əməlinə qarşı ictimai qınağın formalaşdırılması hüququnu özündə saxlayır”.

Qurum rəsmisinin sözlərinə görə, hazırda avtobuslarımızda quraşdırılmış maarifləndirici lövhələrə və nişanlara yetirilmiş hər bir zədə faktı ilə bağlı araşdırılma aparılır:

“Yaxın günlərdə araşdırmanın nəticələri ilə bağlı ictimaiyyətə geniş məlumat veriləcək. Bu kimi halları müşahidə edən sərnişinlərimizdən bu cür arzuolunmaz hərəkətlərə biganə qalmamalarını, elə yerindəcə hadisəyə öz vətəndaş mövqeyini, münasibətlərini bildirmələrini və zərər yetirən şəxsin daha tez aşakar olunası üçün dərhal *4242 qaynar xəttinə zəng edib məlumat vermələrini xahiş edirik”.

Xəbər 3456 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.08.2025  15:57 

Xəlilovlar Putini seçdi

01.08.2025  13:47 

Kredit kartlarına LİMİT QOYULDU

01.08.2025  11:25 

Məşhur karaoke klubu bağlandı


BÜTÜN XƏBƏRLƏR +