Xərçənglə təkbaşına mübarizə: İcbari Tibbi Sığortanın onkoloji xəstələrə verdiyi tək şey ÜMİDDİR
“TikTok”da tanış olduğu qadının uşaqlarına dəhşətli işgəncələr verdi
İcra hakimiyyətinin sahibsiz telefonları, günü-gündən böyüyən problem - Nərimanovdan ŞİKAYƏT
Putin “Oreshnik“in Rusiyada istehsalından danışdı
Yevlaxda toyda söyüş söyən qonağı pilləkəndən atdılar
Rövnəq Abdullayev iş kabinetindən narazıdır?
Qarpız və yemişi rahat yeyə bilərsiniz
“Markov Azərbaycan agentidir“ - Zatulindən ŞOK AÇIQLAMALAR
Polis məşhur müğənnini Nardaran pirinə buraxmadı
Xəlilovlar Putini seçdi


24.07.2025  13:34 

Qadını döyən “nazirlik əməkdaşı“na höküm oxundu





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və qəsdən sağlamlığa yüngül zərərvurmada təqsirləndirilən Babək Əmirovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

XəzərNews.az xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Babək Əmirova 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

İttihama görə, Babək Əmirov özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə intim münasibətlərdə olduğu zərərçəkmiş Maya Səfərovanın (adı, soyadı şərtidir) etibarından sui-istifadə edərək, onu Şəmkir rayonu ərazisində yol çəkilişi məqsədilə tender prosesi keçiriləcəyinə və tender prosesində iştirak edərək qalib olmaq üçün 30 000 manat məbləğində pul vəsaitinə ehtiyacı olduğuna inandırıb. Sonra o, tenderin qalibi olacağı təqdirdə 2 000 000 manat qazanc əldə edib onunla öz aralarında böləcəyinə dair yalandan vəd verib. Bu yolla Babək 17 oktyabr 2022-ci ildə Bakı şəhəri, Nərimanov rayonu ərazisində qadından ümumilikdə 120 906 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirib.

Bundan başqa, Babək Əmirov 13 noyabr 2023-cü il tarixdə, saat 20 radələrində Mayanın yaşayış binasının həyətində qəsdən başı ilə qadının sol qaş nahiyəsinə, yumruqla sol təpə nahiyəsinə, hər iki qoluna və sol əlinə zərbələr vuraraq, ona xəsarətlər yetirib.

Bundan başqa, o özünü nüfuzlu və işgüzar şəxs, o cümlədən nazirlik əməkdaşı kimi təqdim etməklə Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən avtomobil bazarında avtomobil şinlərinin satışı ilə məşğul olan zərərçəkmiş Amil İbrahimovla (soyadı şərtidir) özünə "WhatsApp" vasitəsilə 26 noyabr 2023-cü il tarixdə, saat 11 radələrində əlaqə saxlayıb.

Babək zərərçəkmişə guya rəhbərliyin tapşırığına əsasən, işlədiyi nazirliyə məxsus "Toyota" və "Lexus" markalı xidməti avtomobillərin şinlərini dəyişdirməli olduğuna inandırıb, işi ilə əlaqədar Rusiya Federasiyasında olduğu üçün sifariş verdiyi şinlərin müqabilində ona məxsus bank kartına köçürmə yolu ilə ödəniş edəcəyinə dair yalandan vəd verib. O bu yolla zərərçəkmişdən ümumilikdə 5 260 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirib.Pravda.az


Xəbər 397 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.08.2025  15:57 

Xəlilovlar Putini seçdi

01.08.2025  13:47 

Kredit kartlarına LİMİT QOYULDU

01.08.2025  11:25 

Məşhur karaoke klubu bağlandı


BÜTÜN XƏBƏRLƏR +