“Sədərək”də yanğın oldu
Məsud Pezeşkian Zəngəzur dəhlizinə dəstək verdi
Masazırda yol çökdü
41 bağça müdirinin işinə son verilib
Bu dəfə dələduzların hədəfi məşhurlar oldu
Azərbaycanda istilik tarifləri ARTIRILDI
“Melissa Park“dan daha bir NARAZILIQ
“Susuzluqdan çox əziyyət çəkirik, belə yaşaya bilmirik” - VİDEO
Şahin Şıxlinski axtarışa verildi
Kredit mütəxəssisi ailə üzvlərinin adına kredit ayırıbmış


22.04.2025  18:52 

İrəvana gedən türkün “qovluğ”unda nə var?





A+  A-

ATƏT-in baş katibi, türkiyəli diplomat Firudin Sinirlioğlu Ermənistana səfəri çərçivəsində Baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla görüşüb. İki ay əvvəl isə Sinirlioğlu Paşinyanla Münhen Təhlükəsizlik Konfransında görüşmüşdü. F.Sinirlioğlu İrəvandakı görüşlərdə Ermənistanın ATƏT-lə əməkdaşlığı və Azərbaycanla aparılan danışıqların hazırkı vəziyyətini müzakirə edib.

Əvvəlcə deyim ki, Sinirlioğlunun ATƏT-in baş katibi təyin edilməsi Azərbaycanda müsbət qarşılanmışdı. Rəsmi Bakı bu günə qədər bu təşkilatdan, xüsusilə ATƏT-in Minsk qrupundan çox ədalətsizlik görüb. Keçmiş Dağlıq Qarabağ münaqişəsinin 30 il ərzində həll edilməməsinin və sonda müharibənin başlamasının əsas günahkarı məhz ATƏT-in Minsk qrupudur.

Bu baxımdan Mirzoyan və Sinirlioğlunun İrəvanda keçirilən görüşdə müzakirə etdiyi iki məsələ diqqət çəkir:

Ermənistanla Azərbaycan arasında sülh sazişini müzakirə ediblər;

Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesi barədə də fikir mübadiləsi aparıblar;

Azərbaycanla Ermənistan arasında sülh prosesi uğurla davam edir: 17 bəndlik sülh mətni razılaşdırılıb. Lakin sülhün qalıcı olması və gələcəkdə gərginliyin yenidən alovlanmaması üçün Azərbaycanın sülh sazişindən əlavə şərtləri var.

Bu şərtlərdən biri və ən önəmlisi ATƏT-in Minsk qrupunun ləğvidir. Azərbaycanın bu şərti irəli sürməsinin obyektiv səbəbləri var:

Birincisi, ATƏT-in Minsk qrupu keçmiş Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün yaradılmışdı. Lakin Azərbaycan Qarabağ münaqişəsini həll etdi.

İkincisi, ATƏT-in Minsk qrupu fəaliyyətini davam etdirdikcə Ermənistan-Azərbaycan və keçmiş Qarabağ münaqişəsi gündəmdə qalacaq. Bu isə regionda sabitliyi dalana dirəyəcək.

Üçüncüsü, Azərbaycan-Ermənistan arasında münaqişənin 30 ildən çox davam etməsinin ən böyük səbəbi “vasitəçilər” adı altında prosesə kənar müdaxilənin olmasıdır. Bir müddətdir, Bakı və İrəvan ikili danışıqlar aparır və başda Qazaxın Ermənistan işğalında olan 4 kəndinin qaytarılması daxil olmaqla, bir çox məsələ tərəflər arasında həll edilib. Yəni kənar müdaxilə olmasa, digər məsələlər də həll edilə bilər.

Azərbaycanın yanaşması aydındır: regionun problemi, zərurət yaranarsa, region ölkələri ilə müzakirə edilər. Yəni bizim ATƏT-in Minsk qrupuna ehtiyacımız yoxdur.

Rəsmi Bakının bu gün F.Sinirlioğludan gözləntisi ATƏT sədri olaraq Minsk qrupunun ləğvində İrəvan və Bakıya dəstək verməsidir. Bu, Ermənistan-Azərbaycan münaqişəsinin həllində tarixi addım olar.

Turan Rzayev
Politoloq


Xəbər 3311 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.07.2025  18:20 

“Sədərək”də yanğın oldu

30.07.2025  16:42 

Masazırda yol çökdü

30.07.2025  15:53 

Prezident 10,5 milyon manat ayırdı

30.07.2025  12:42 

Şıxlinskinin oğlu həbsdə qaldı

30.07.2025  12:33 

DSX-dən narkotik əməliyyatı

30.07.2025  11:11 

Sərxoş kişi Kür çayında batdı


BÜTÜN XƏBƏRLƏR +