Xərçənglə təkbaşına mübarizə: İcbari Tibbi Sığortanın onkoloji xəstələrə verdiyi tək şey ÜMİDDİR
“TikTok”da tanış olduğu qadının uşaqlarına dəhşətli işgəncələr verdi
İcra hakimiyyətinin sahibsiz telefonları, günü-gündən böyüyən problem - Nərimanovdan ŞİKAYƏT
Putin “Oreshnik“in Rusiyada istehsalından danışdı
Yevlaxda toyda söyüş söyən qonağı pilləkəndən atdılar
Rövnəq Abdullayev iş kabinetindən narazıdır?
Qarpız və yemişi rahat yeyə bilərsiniz
“Markov Azərbaycan agentidir“ - Zatulindən ŞOK AÇIQLAMALAR
Polis məşhur müğənnini Nardaran pirinə buraxmadı
Xəlilovlar Putini seçdi


13.02.2025  11:23 

Məşhur restoranın fəaliyyəti DAYANDIRILDI





A+  A-

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu barədə XəzərNews.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsi, ev 3103-cü məhəllədə yerləşən “Show Baku” restoranında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Belə ki:

- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb;

- obyektin tüstü bacası təmizlənməyib;

- obyektdə yanğın su hovuzu mövcud deyil;

- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik naqilləri yanar materialların üzəri ilə çəkilib;

- obyektin taxta konstruksiyalarına odadavamlı məhlul hopdurulmayıb, tavan hissəsi və daxili divarları yanar örtüklə üzlənilib;

- təxliyə planı və zal hissəsində ikinci təxliyə çıxış qapısı mövcud deyil;

- obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsi, ev 3103-cü məhəllədə yerləşən “Show Baku” restoranının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Xəbər 4581 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.08.2025  15:57 

Xəlilovlar Putini seçdi

01.08.2025  13:47 

Kredit kartlarına LİMİT QOYULDU

01.08.2025  11:25 

Məşhur karaoke klubu bağlandı


BÜTÜN XƏBƏRLƏR +