AZAL 1 saatlıq uçuş üçün 1282 manat alır!
Şahin Şıxlinski Moskvada könüllü təslim olub
Xərçənglə təkbaşına mübarizə: İcbari Tibbi Sığortanın onkoloji xəstələrə verdiyi tək şey ÜMİDDİR
“TikTok”da tanış olduğu qadının uşaqlarına dəhşətli işgəncələr verdi
İcra hakimiyyətinin sahibsiz telefonları, günü-gündən böyüyən problem - Nərimanovdan ŞİKAYƏT
Putin “Oreshnik“in Rusiyada istehsalından danışdı
Yevlaxda toyda söyüş söyən qonağı pilləkəndən atdılar
Rövnəq Abdullayev iş kabinetindən narazıdır?
Qarpız və yemişi rahat yeyə bilərsiniz
“Markov Azərbaycan agentidir“ - Zatulindən ŞOK AÇIQLAMALAR


08.02.2025  13:01 

İlyas İsmayılovun partiyası BURAXILIR?





A+  A-

“Təəssüf ki, İlyas İsmayılovun səhhətində yenilik yoxdur. Artıq bir ay yarımdır ki, Mərkəzi Klinik Xəstəxanada müalicəsi davam etdirilir. Son dövrlər artıq reanimasiya şöbəsindədir. Həkimlər də səhhətində irəliləyiş olması üçün çalışır. Amma təəssüflər olsun ki, bu aralar bizi sevindirəcək heç bir xəbər ala bilmirik”.

XəzərNews.az xəbər verir ki, bu sözləri Modern.az-a açıqlamasında Ədalət Partiyası sədrinin müavini Mütəllim Rəhimli deyib.

O, Ədalət Partiyasının buraxılacağı barədə yayılan söz-söhbətə də münasibət bildirib.

M.Rəhimlinin sözlərinə göə, Ədalət Partiyası sosial bazasına görə Azərbaycanda fəaliyyət göstərən ilk 10 partiya sırasında yer alır:

“Bu partiyada hazırda təmsil olunanların əksəriyyəti 30 il və daha çox müddətdir siyasi fəaliyyətlə məşğuldur. Bu insanlar özlərinin siyasi faəliyyətinin dayandırılması ilə bağlı qərar verə bilməzlər. Çünki siyasət onların həyat tərzinə çevrilib. Kimlərinsə o insanların siyasi fəaliyyətinin üzərindən xətt çəkməyə haqqı yoxdur. Ona görə ki, onsuz da hansı ad altında fəaliyyət göstərmələrindən asılı olmayaraq bu insanlar siyasi proseslərin içərisindədirlər. Ədalət Partiyası ideoloji bir qurumdur. Onun üzvləri 3 onillikdir ki, partiyanın ideyaları uğrunda mübarizə aparırlar. Ona görə də düşünürəm ki, bu iddianı yayanlar Ədalət Partiyasını siyasi səhnədə görmək istəməyən qüvvələrdir”.

“Partiya sədri İlyas İsmayılov hazırda yaşayır. Təbii ki, hər şey Allahın əlindədir, biz ona sağlamlıq arzulayırıq. Partiyanın fəaliyyəti və idarə olunması qəbul edilən nizamnamə əsasında həyata keçirilir. Bu nizamnamə əsasında da hazırda fəaliyyət göstəririk. Düşünürəm ki, İlyas müəllim xəstələnəndən sonra da digər siyasi qruplardan aktivliyimiz aşağı düşməyib. Biz bələdiyyə seçkilərində iştirak etdik, yer də qazandıq. Siyasi proseslərə aktiv münasibət göstəririk, çünki burada təmsil olunan insanlar artıq 30 ildir siyasi fəaliyyətlə məşğul olurlar, Azərbaycandakı siyasi proseslərin dinamikasını başa düşür və qəbul edirlər. Ona görə də mənə elə gəlir ki, bizi gözü götürməyənlər partiyamızın bağlanması haqda yox, yeni mərhələyə keçməsi haqda danışsalar, daha yaxşı olar. Yəqin ki, bu onların arzularına və görmək istədikləri mənzərəyə ziddir. Ona görə də belə bir uydurma irəli sürüblər".

M.Rəhimli deyib ki, partiyanı buraxmaq qurultayın səlahiyyətindədir:

"Mən əminəm ki, üzvlərimiz partiyanı buraxmaq üçün heç bir qərar qəbul etməzlər. Çünki siyasət bu insanların həyat tərzinə çevrilib”.

Xəbər 3678 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.08.2025  15:57 

Xəlilovlar Putini seçdi

01.08.2025  13:47 

Kredit kartlarına LİMİT QOYULDU


BÜTÜN XƏBƏRLƏR +