Rövşən Əsgərovun Rusiyada 130 min borcu var?
Rayonlara nə qədər qar yağıb?
İntihara cəhd edən gənc şairin vəziyyəti ağırdır!
Sabah da qar yağacaq
Üç israilli girov Qırmızı Xaç işçilərinə təhvil verildi
Təhsil eksperti azadlığa buraxıldı
Ramin İsmayılov işdən çıxarıldı
“Gərək “Azərişıq“da da adamın olsun“
Yol polisi sürücülərə müraciət etdi
İşləyən vətəndaşların pensiyaları necə artırılacaq?


30.12.2022  09:57 

Şəhid Rəşid Lətifovun xatirəsi anılıb





A+  A-

Dekabrın 29-da Masallı rayonunun Tatyanoba kəndində 44 günlük Vətən müharibəsinin şəhid çavuşu (MAHHXHQ) Rəşid Güləhməd oğlu Lətifovun anım mərasimi keçirilib.

XəzərNews.az xəbər verir ki, mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz
Əhmədov, rayon rəsmiləri, şəhid ailələri, qazilər, kənd sakinləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

İcra başçısı Araz Əhmədov Müzəffər Ali Baş Komandanımızın rəhbərliyilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, şəhid ailələrinə göstərilən dövlət qayğısından danışıb, Füzuli və Murovdağ döyüşlərinin qartalı Rəşid kimi əbədiyyətə qovuşan qəhrəmanlarımızın əsrlər boyu yaddan çıxmayacağını diqqətə çatdırıb.

Rayon rəhbəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Rəşid Güləhməd oğlu Lətifovun layiq görüldüyü 3-cü dərəcəli «Vətənə xidmətə görə» ordenini (ölümündən sonra) və vəsiqəsini şəhidin atasına təqdim edib.

Çıxışlarda Rəşid Lətifovun keçdiyi şərəfli döyüş və ömür yolundan söz açılıb, 30 illik həsrətdən sonra xalqımıza qələbə sevinci bəxş edən şəhidlərimizin fədakarlığından bəhs edilib.

Şəhidin atası Güləhməd Lətifov onlara göstərilən diqqət və qayğıya görə Dövlətimizin başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlığını bildirib.

Anım tədbirində şəhid gizirin məzarı ziyarət edilib, ruhuna dualar oxunub, məzarı üstünə güllər düzülüb.

Məlumat üçün bildiriək ki, Rəşid Güləhməd oğlu Lətifov 14 yanvar 2000-ci ildə Masallı rayonunun Tatyanoba kəndində anadan olub.

2006-2017-ci illərdə Güllütəpə kənd tam orta məktəbində təhsil alıb.

2018-ci ilin yanvar ayında çağırışçı kimi hərbi xidmətə yollanıb. 2019-cu ilin iyulun həqiqi hərbi xidmətdən tərxis olunub, həmin ilin avqustunda MAXE kimi hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin Şəmkir şəhərində yerləşən “N” saylı hərbi hissədə davam etdirib.

Azərbaycan Ordusunun çavuşu Rəşid Güləhməd oğlu Lətifov 27 sentyabr 2020-ci il tarixdə başlanan Vətən müharibəsi zamanı Füzuli və Kəlbəcər rayonlarının işğaldan azad edilməsində böyük şücaət göstərib.

Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edən Rəşid son dəfə sentyabrın 25-də ailəsi ilə əlaqə saxlayıb, 93-cü gün şəhid xəbəri gəlib..

Şəhid çavuşun nəşi 29 dekabr 2020-ci il tarixdə doğulduğu Tatyanoba kənd qəbiristanlığında izdihamla torpağa tapşırılıb.

Subay idi…

Rəşid Lətifov Respublika Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə", "Vətən uğrunda" medalları, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Akif AĞAYEV





Xəbər 1041 dəfə oxunub.




23.02.2025  09:37 

Rayonlara nə qədər qar yağıb?

22.02.2025  16:09 

Sabah da qar yağacaq

22.02.2025  15:42 

Viktor Qonçarov həbs EDİLDİ

22.02.2025  11:51 

Bakıda evdə qumbara aşkarlandı

22.02.2025  10:01 

Bu ərazilərdə evlər ucuzlaşacaq


BÜTÜN XƏBƏRLƏR +