Rövşən Əsgərovun Rusiyada 130 min borcu var?
Rayonlara nə qədər qar yağıb?
İntihara cəhd edən gənc şairin vəziyyəti ağırdır!
Sabah da qar yağacaq
Üç israilli girov Qırmızı Xaç işçilərinə təhvil verildi
Təhsil eksperti azadlığa buraxıldı
Ramin İsmayılov işdən çıxarıldı
“Gərək “Azərişıq“da da adamın olsun“
Yol polisi sürücülərə müraciət etdi
İşləyən vətəndaşların pensiyaları necə artırılacaq?


04.03.2018  10:07 

Əyyub Kərimovun vəfatı ilə əlaqədar nekroloq imzalanıb





A+  A-

Mətbuat Şurası Tanınmış jurnalist və hüquqşünas Əyyub Kərimovun vəfatı ilə əlaqədar nekroloq yayıb.
XəzərNews.az xəbər verir ki, nekroloqda aşağıdakılar deyilir:

“Azərbaycan mətbuatına ağır itki üz verib. Tanınmış jurnalist və hüquqşünas Əyyub Kərimov (Kərimov Əyyub Zakir oğlu) faciəli şəkildə dünyasını dəyişib. Onun vaxtsız vəfatı hər birimiz üçün dərin üzüntü və sarsıntıdır.

Ə.Kərimov Azərbaycan Mətbuat Şurasının qurucularından olub. Şuranın formalaşmasına, qurumun fəaliyyət sənədlərinin hazırlanmasına böyük əmək sərf edib. Mərhum qurumun İdarə Heyətində təmsil olunub, həmçinin hüquq komissiyasının rəhbəri kimi təşkilati işlərdə özünün fəallığı ilə seçilib.

O, peşəkar hüquqşünas idi. O, hüququ və jurnalistikanı daim vəhdətdə saxlamağı, hər iki peşənin xüsusiyyətlərindəki ictimai motivləri cəmiyyət mənafeləri baxımından prioritet vəzifələrə çevirməyi bacarırdı. İdeya və baxışlarını 1992-ci ildə yaratdığı “Femida” qəzetində gerçəkləşdirməklə bu vəzifənin icrasında təkrarsız və bənzərsiz nümunə ortaya qoyurdu.

Əməksevərliyi, prinsipiallığı, hadisə və proseslərə məxsusi baxışı ilə həmkarlarının hörmətini qazanmış Ə.Kərimovun yoxluğu ilə barışmaq son dərəcə çətindir. Allahdan mərhum həmkarımızın doğmalarına, əzizlərinə, dostlarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin. Məkanı cənnət olsun!”

Xəbər 1470 dəfə oxunub.




23.02.2025  09:37 

Rayonlara nə qədər qar yağıb?

22.02.2025  16:09 

Sabah da qar yağacaq

22.02.2025  15:42 

Viktor Qonçarov həbs EDİLDİ

22.02.2025  11:51 

Bakıda evdə qumbara aşkarlandı

22.02.2025  10:01 

Bu ərazilərdə evlər ucuzlaşacaq


BÜTÜN XƏBƏRLƏR +