Meyitdən ürək köçürülən gənc evə buraxıldı
Həbs edilən icra başçısı apellyasiya şikayəti verməkdən imtina edib
İstənilən anda yıxıla bilərik...-Sebastyan
Bu şəhərdə qan su yerinə axır
“Suverenlik Yolunda Təhsil Missiyası” bu dəfə Tərtərdə
Bu avtomobillərin aksiz dərəcəsi artırılır
Deputatı ömürlük həbs cəzası gözləyir
Əli Xameneinin şəklini yandırdı, başından güllələndi
Bloger yerli sakinlərin etirazı ilə qarşılandı - Səbəb?
Kürəkənə 10 il iş verildi


02.12.2022  10:00 

Niyə İran siyasətinə qulbeçəlik edərək...





A+  A-

DAK -dan çoxdan aralanmış və bir neçə ilini alternativ DAK yaratmağa sərf etmiş bir Avropalı qonağımız bu günlərdə öz yeni xəyalpərəstliyi ilə mənə dedi: "Daha DAK-ın zamanı keçdi".

"Bizim vaxtımız keçdi!" desəydi başa düşərdim. Lakin Dünya Azərbaycanlıları Konqresinin vaxtı keçdi deməsi göztərir ki, Tanrının yazdığı yolu hələ də tapa bilməyib, birləşmək və təşkilatlanmaq istəyimizə öz iddiaları ilə illər uzunu mane olmuş adamlar zərrə qadər dəyişilməyiblər, elə əvvəlki cahilliklərini davam etdirir və başqa ad altında, başqa bir tərkibdə ortaya çıxmaq istəyirlər.

Mən bir ömür belələrinin "bitdi", "olmaz", "boş yerə uğraşma" xəbərlərinə qarşı durub yolumu getmişəm. Necə deyərlər, bunların dabbaqda gönlərinə bələdəm. İş görməkdənsə iş görənlər haqqında söz gəzdirərlər...

Mən Güney Azərbaycanın taleyi ilə bağlı ilk poemamı 20 yaşımda yazmışam. Sonrakı illərdə bir neçə kitab, 8 poema, onlarla şeir, saysız məqalə yazılıb, "Bakı-Təbriz" jurnalını nəşr etmişəm. DAK sədri oldum, olmadım, bu işi yenə davam etdirəcəm. Bunlar da bacardıqları işi görsünlər. DAK niyə bunların yuxusuna haram qatıb?

Ölkənin içindən və xaricdən müəyyən adamlar niyə İran siyasətinə qulbeçəlik edərək illər uzunu DAK-a mane olur, onu parçalamağa, onu zəiflətməyə çalışırlar?

Vaxtilə bu sifarişin hardan gəldiyini hər kəs bilirdi; lakin bu gün dövlətimizin mövqeyi aydındır və görülməli daha çox iş var..

Xeyr, cənablar!

DAK-ın vaxtı keçməyib, əksinə onun yeni tarixi başlanır!

Hətta Bütöv Azərbaycan arzumuza qovuşandan sonra da Dünya Asərbaycanlıları Konqresinə, görüşlərə, sorunlarımızın bir yerdə müzakirəsinə ehtiyac qalacaq.

Başqalarının qabağına kötük itələməkdənsə öz yolunuzu gedin.

Yoldan xəbəriniz varsa əgər!..

Sabir Rüstəmxanlı
DAK sədri


Xəbər 2643 dəfə oxunub.




03.11.2025  19:39 

Bu şəhərdə qan su yerinə axır

03.11.2025  15:25 

Kürəkənə 10 il iş verildi

03.11.2025  14:44 

“Şəbnəmdən zəhləm gedir”


BÜTÜN XƏBƏRLƏR +