Daha bir dövlət qurumu ləğv edildi
Saakaşviliyə yenidən cinayət iş açıldı
Teymur Musayevə ağır itki üz verib
Prezident üç fərman imzaladı
Qəzənfər Ağayev hər il bu şirkətə yol təmir etdirir
Səhiyyə xərclərinə ayrılan məbləğ tarixi rekorddur...-Nazir
Ağac avtomobilin üzərinə aşdı -VİDEO
Daha bir şadlıq evində yoxlamalar aparılıb -FOTO
Homoseksual öz əmisi tərəfindən qətlə yetirildi
Almaniya bu ölkənin vətəndaşlarını ölkəsinə buraxmır


05.11.2025  18:05 

Daha bir sosial ev dələduzluğu





A+  A-

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sifarişi ilə tikilən sosial evlərlə bağlı daha bir dələduzluq cinayətinin məhkəmə istintaqı başa çatıb.

XəzərNews.az xəbər verir ki, Mehman Məmmədov (şərti) adlı şəxs Aytən Hüseynova (şərti) adlı vətəndaşa MİDA-nın sifarişi ilə Yasamalda tikilən sosial evlərdən mənzil almaqda kömək edəcəyini deyərək ondan 6000 manat pul alıb.

Lakin o verdiyi vədi yerinə yetirməyib. Aytən Hüseynova hadisə barədə hüquq-mühafizə orqanlarına şikayət edib. Onun şikayəti əsasında faktla bağlı Cinayət Məcəlləsinin 178. 2.4-cü maddəsi ilə cinayət işi başlanıb. Cinayət işinə Binəqədi Rayon Məhkəməsində baxılıb.

Məhkəmə zamanı Mehman Məmmədov verilmiş ittiham üzrə özünü təqsirli bilməyib. O, iddia edib ki, Aytən Hüseynovadan sadəcə borc pul alıb. Həmin məbləğin də 4200 manatını ödəyib.

Aytən Hüseynova isə bildirib ki, Mehman Məmmədovu qohumuna görə tanıyıb və ona borc verməsi mümkün deyil. Zərəçəkmiş deyib ki, Mehman Məmmədov ona sosial evlərdən mənzil almaqda yardım edəcəyini və bunun üçün də 6000 manat pul lazım olduğunu bildirib. O, sonradan aldadıldığı başa düşərək hüquq-mühafizə orqanlarına müraciət edib. Zərəçəkmiş həmçinin bildirib ki, Mehman Məmmədov bu adla bir neçə vətəndaşı aldadıb.

Məhkəmənin hökmü ilə Mehman Məmmədov 2 il 5 ay 29 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd edək ki, bundan əvvəl də sosial evlərlər bağlı bir neçə dələduzluq cinayəti baş verib.

Xəbər 1440 dəfə oxunub.




06.11.2025  16:18 

Prezident üç fərman imzaladı

06.11.2025  13:32 

Sabahın havası açıqlandı

06.11.2025  12:06 

Əhaliyə xəbərdarlıq: Sabah...

06.11.2025  11:51 

Bu şəxslər cərimələnəcək


BÜTÜN XƏBƏRLƏR +