Həbibbəylilərin daha bir “gömrük qaçaqlığı”
2024-cü il üzrə ən fəal İctimai Şura hansıdır?
Deputat TV-ləri tənqid etdi: Əncam çəkilməlidir
“Qırmızı yelkənlər”də partlayış: Sarkisyan ölüb?
Vasif Talıbovdan alınan şirkətlərin külli miqdarda borcları var - SİYAHI
Ukrayna dronları Həştərxanı vurdu
Bu ölkədən iş təklifi gələrsə, QƏBUL ETMƏYİN -VİDEO
Azərbaycanlı aktyordan böyük uğur
“Fortis Group MMC” sakinləri zəhərləyir? - Video
Putini o əvəz edəcək: İDDİA - FOTO


30.09.2020  10:03 

Boş qalan yerlərə ixtisas seçiminin müddəti uzadıldı





A+  A-

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq üçün ixtisas seçiminin müddəti uzadılıb.
XəzərNews.az xəbər verir ki, abituriyentlərin nəzərinə çatdırılıb ki, cəbhə bölgəsində baş verən hadisələrlə əlaqədar müəyyən bölgələr üzrə internetin verilməsi məhdudlaşdırıldığı üçün ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq üçün ixtisas seçiminin müddəti 2 oktyabr saat 23:59-dək uzadılıb.

Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin boş qalan yerlərə və kolleclərə qəbul üçün keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur.

Abituriyentlər elektron ixtisas seçimi ərizə formasında ali təhsil müəssisələrinin boş qalan yerləri olan ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin ixtisaslarının da kodlarını göstərə bilərlər.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8-ci sayında dərc olunub. Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları isə “Abituriyent” jurnalının 6-cı sayında dərc olunub.

Subbakalavrlar da müsabiqədə iştirakı etmək üçün oktyabrın 2-dək qəbul olmaq istədikləri ixtisasların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

Subbakalavrlar yalnız orta ixtisas təhsili səviyyəsində təhsil aldıqları tədris dilinə və bitirdikləri ixtisasa uyğun olan ixtisasları “Abituriyent” jurnalının 8-ci sayından seçə bilərlər.

İxtisas seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin və orta ixtisas təhsili müəssisələrinin 20-dək ixtisas kodunu seçib, onları http://eservices.dim.gov.az/erizebak/ixtisas2/ internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidir.

Xəbər 1865 dəfə oxunub.




03.02.2025  15:02 

Belarus hökuməti istefa verdi

03.02.2025  14:59 

Tanınmış alim vəfat edib

03.02.2025  11:30 

XİN Pakistana başsağlığı verdi


BÜTÜN XƏBƏRLƏR +