Axtarışa olan 7 şəxs Azərbaycana ekstradisiya edilib
Naxçıvanın statusu ləğv edilə bilər?
Trampın məqsədini... - Pit Heqset açıqladı
Bu mərkəzin işçiləri 3 aydır maaş ala bilmir
Prezident Dövlət Agentliyinə sədr təyin etdi
Antiterror Mərkəzinin rəhbəri saxlanıldı
Etibar Əliyev dövlətə borcunu niyə ödəmir?
Həbsxanadan-cəbhəyə, sonra da torpağın altına...
Azərbaycanlı xanım ETTELAAT-a çağırıldı
AFFA “Kəpəz” klubunu cərimələyib


28.01.2025  14:03 

Azərbaycan səfiri birinci katibi döyüb? - İDDİA





A+  A-

Azərbaycanın Avropa ölkələrindən birində fəaliyyət göstərən səfirliyində biabırçı hadisə baş verib. Etik baxımdan ölkənin adını yazmırıq. Azərbaycana dost ölkə sayılmır.

XəzərNews.az xəbər verir ki, bu barədə Globalinfo.az diplomatik mənbələrə istinadla məlumat yayıb.

Bildirilib ki, sözügedən səfirliyin Rəhman adlı birinci katibi qurumun Qafqaz adlı müşaviri və səfir tərəfindən fiziki zorakılığa məruz qalıb. Yəni döyülüb.

Məsələ bununla da yekunlaşmır. Döyülən şəxs geri qaytarılıb. Hələ üstəlik onu işdən qovublar. Təsəvvür etmək belə çətindir. Diplomatik nümayəndəliyin birinci katibi vəzifəsini tutan şəxsi səfir və başqa əməkdaş döyür, bu azmış kimi, işdən çıxarılır. Belə çıxır, sözügedən səfirliyin öz ədalət prinsipləri və daxili “qanunları” var.

Həmin səfir vaxtilə Azərbaycanda nəqliyyat sahəsində dövlət qurumunda çalışıb. Rüşvət qalmaqalına görə işdən qovulub. Bir müddət sonra Xarici İşlər Nazirliyinin təqdimatı ilə səfir vəzifəsinə təyin edilib.

Xatırladaq ki, indiyə kimi bir neçə səfirlikdə qalmaqallı hadisələr, qanunsuz fəaliyyət haqda mediada məlumatlar yayılıb. Onlardan biri Qətərdəki səfir Mahir Əliyev barədədir. M.Əliyevin eyş-işrət məclisləri, maliyyə yeyintiləri, sərgüzəştləri medianın müzakirə mövzusuna çevrilib. Hesablama Palatası və Maliyyə Nazirliyinin apardığı yoxlama nəticəsində səfirlikdə təqribən 300-400 min dollarlıq yeyinti aşkar olunub.

İraqdakı səfir Nəsir Məmmədovun qanunsuz əməlləri haqda da məlumat yayılmışdı.

Onun viza alveri ilə məşğul olduğu və başqa qanunsuz əməlləri ictimailəşmişdi.

N.Məmmədov 2024-cü ilin dekabrın 16-da Prezidenti İlham Əliyev Sərəncam imzaladığı sərəncamla geri çağırıldı.

Xəbər 1899 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.02.2025  18:38 

Bu quruma agentlik statusu verildi

12.02.2025  15:24 

Narkoloji Dispanserdə ölüm


BÜTÜN XƏBƏRLƏR +