Hikmət Hacıyev Londonda görüşlər keçirib
Azərbaycan Fransadan nə tələb edir?
Tusk Maska cavab verdi: Təkəbbürlük etmə
Natiq Həsənov aparat rəhbəri təyin edildi
“Vedi Construction”un külli miqdarda vergi borcu var
Müəllimlərə “hinduşkabaş” deyən direktordan xəbər var
Milli Məclis İsveç parlamentinin bəyanatını rədd etdi
III Çarlz Kanadanı müdafiə edəckmi?
USAID proqramlarının 83%-i rəsmən bağlandı – Rubio
İş adamı gecə qəzasında öldü


24.04.2019  18:43 

Ən güclü smartfon təqdim edildi





A+  A-

Çində “Qualcomm Snapdragon 855” prosessoru, 6/8/12 giqabayt operativ yaddaş və dörd moduldan ibarət əsas kamera ilə təchiz edilən “Lenovo Z6 Pro” smartfonunun təqdimatı keçirilib.
XəzərNews.az xəbər verir ki, fotoçəkiliş zamanı kameranın təsvir ölçüsü 48 meqapiksel təşkil edir, video rejimində isə bu göstərici “4K” formatına çatır. Damcıvarı şəkildə (yeni bazar standartı) quraşdırılan ön kamera 32 meqapiksel təsvir ölçüsünə malikdir.

6,39 düym diaqonallı “AMOLED” ekran 2340x1080 piksel (FullHD ) təsvir ölçüsünü dəstəkləyir və nəm barmaqları da tanıyan quraşdırılmış daktiloskopik skaner ilə təchiz olunub.

“ZUI 11” proqram təminatlı “Android 9.0 Pie” əməliyyat sisteminin idarəetməsi ilə işləyən “Lenovo Z6 Pro” modelinin quraşdırılmış yaddaş tutumu 128, 256 və 512 giqabayt təşkil edə bilər. 4000 milliamper/saat tutumlu akkumulyator sürətli enerjidoldurmanı dəstəkləyir.

Satışına aprelin 29-dan etibarən başlanacaq “Lenovo Z6 Pro” smartfonunun 6/128 yaddaş tutumlu versiyasının qiyməti 2899 yuan (təxminən 431,55 dollar) təşkil edəcək. 8/128, 8/256 və 12/512 giqabaytlıq versiyaların qiyməti isə müvafiq olaraq 446, 565 və 743 dollara bərabər olacaq.

Xəbər 1647 dəfə oxunub.




10.03.2025  18:24 

Tofiq Yaqubluya hökm oxundu

10.03.2025  11:59 

İş adamı gecə qəzasında öldü

10.03.2025  10:42 

Samarada Neft Emalı Zavodu vuruldu

09.03.2025  17:40 

Leyla və Arzu Əliyevalar sərgidə

09.03.2025  17:35 

DİN vətəndaşlara müraciət edib

09.03.2025  11:33 

Rafael Qetjiyə yenə məğlub oldu


BÜTÜN XƏBƏRLƏR +