“DOST“ 3.3 milyonluq tenderini də bu şirkətə verdi
Xəstənin ayaqları göydə... - Həkimlər bunu da etdi
Ukrayna “Lukoyl” Neft Emalı Zavodunu vurdu
FHN “Xəmsə” şadlıq evinin fəaliyyətini dayandırdı
Xəzər Universitetinə rektor əvəzi təyin olunub
Ruslar Donetsk və Kurskda irəliləyirlər - Açıqlama
Bazar ertəsi yaxşı xəbər olacaq - Tramp
Bəşir Süleymanlı həbs edilib
Onlar Baş Prokurorluğa çağırılıb?
Saxta dollar satan dəstə üzvləri saxlanıldı


28.04.2017  11:01 

Əflatun Amaşovdan Mariya Zaxarovaya sərt CAVAB





A+  A-

Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın ötən gün keçirdiyi brifinqdə azərbaycanlı jurnalisti təhqir etməsi sosial şəbəkələrdə ciddi qınaq obyektinə çevrilib.
Həm media nümayəndələri, həm də ekspertlər azərbaycanlı jurnalistləri “xam” adlandıran Zaxarovanın hərəkətinin onun təmsil etdiyi rəsmi posta uyğun olmadığını vurğulayıblar.

XəzərNews.az xəbər verir ki, “Qafqazinfo” məsələ ilə bağlı Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovdan münasibət öyrənib.

Ə. Amaşov qeyd edib ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın bu hərəkətləri qeyri- peşəkar və qeyri-etikdir: “O Rusiyada fəaliyyət göstərən istənilən xarici jurnalistin verdiyi sualı sona qədər dinləməlidir. Təmsil etdiyi qurumun münasibətlərinə uyğun olaraq da sualı cavablandırmalıdır. Ona görə də, birmənalı qaydada onun davranışı heç bir etik çərçivəyə sığa bilməz. Zaxarova yəqin ki, təmsil etdiyi qurumuna əsasən çox yaxşı bilir ki, Həsən Həsənov niyə öldürüldü, Dilqəm Əsgərov, Şahbaz Quliyev niyə görə həmin yerlərdə olub. D. Əsgərov anasının qəbrini ziyarət etməyə getmişdi. Ona görə də, onlar üzərində qurulmuş məhkəmə qeyri-qanunidir, heç bir beynəlxalq normalara uyğun deyil.

Zaxarova dünənki hadisədə Azərbaycanla Rusiya arasında olan münasibətləri nəzərə almalı idi. Onun verdiyi cavab Azərbaycan jurnalistini qane edə bilməz.

Mariya Zaxarova ona müəyyən olunmuş hündürlükdən daha çox tullanmağa cəhd edib. Bu, onun şəxsi xarakteri ilə də bağlı ola bilər. Yəqin ki Mətbuat Şurası bu məsələyə öz münasibətini bildirəcək”.

Xəbər 1882 dəfə oxunub.




14.03.2025  22:13 

Bəşir Süleymanlı həbs edilib

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu


BÜTÜN XƏBƏRLƏR +