Axtarışa olan 7 şəxs Azərbaycana ekstradisiya edilib
Naxçıvanın statusu ləğv edilə bilər?
Trampın məqsədini... - Pit Heqset açıqladı
Bu mərkəzin işçiləri 3 aydır maaş ala bilmir
Prezident Dövlət Agentliyinə sədr təyin etdi
Antiterror Mərkəzinin rəhbəri saxlanıldı
Etibar Əliyev dövlətə borcunu niyə ödəmir?
Həbsxanadan-cəbhəyə, sonra da torpağın altına...
Azərbaycanlı xanım ETTELAAT-a çağırıldı
AFFA “Kəpəz” klubunu cərimələyib


30.06.2022  20:27 

5-18 yaşlı uşaqlar üçün yeni günərzi qayğı mərkəzi açılıb





A+  A-

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Abşeron rayonunda sağlamlıq imkanları məhdud olan 5-18 yaşlı uşaqlar üçün yeni günərzi qayğı mərkəzi açılıb.

XəzərNews.az xəbər verir ki, mərkəzin açılışında Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov xüsusi qayğıya ehtiyacı olan şəxslərin zəruri sosial xidmətlərlə əhatə olunması üçün icra olunan sosial proqramların getdikcə genişləndiyini vurğulayıb.

Qeyd olunub ki, hazırda Agentliyin müəssisələrində 600-dən çox uşağa müxtəlif sosial xidmətlər göstərilir.

Yeni günərzi qayğı mərkəzinin məqsədi də qeyd olunan kateqoriyadan olan uşaqların psixo-sosial reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına dəstək göstərilməsi, ailələrinin ehtiyac duyduqları sosial xidmətlərlə təmin edilməsidir.

Bu kimi tədbirlər həmin uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınmasına da dəstək olur.

Agentliyin sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 saylı sosial xidmət müəssisəsinin (Abşeron rayonu, Saray qəsəbəsi, M.Ə.Sabir küçəsi, 17) nəzdində yaradılan mərkəzə qəbul olunan uşaqlar həftənin beş günü saat 9:00-dan 18:00-dək sosial-məişət, tibbi-sosial, sosial-psixoloji və sosial-pedaqoji xidmətlərlə təmin olunacaqlar.

Xəbər 1252 dəfə oxunub.




12.02.2025  18:38 

Bu quruma agentlik statusu verildi

12.02.2025  15:24 

Narkoloji Dispanserdə ölüm


BÜTÜN XƏBƏRLƏR +