Bu gün Azərbaycanda seçkilərdir
Xırdalana gedənlərin NƏZƏRİNƏ!
Rusiya səfiri Azərbaycan XİN-ə ÇAĞIRILDI
Limonad sexində reyd - Tələblər pozulub
XİN adından saxta məlumatlar yayılır
Yeddi yaşlı azərbaycanlı Fransanın məşhur KLUBUNDA -VİDEO
Niyə “Sülh kəsişməsi“ layihəsi reallaşmir?!
Polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Vilyam Hacıyevin oğlu arvadı ilə “Range Rover”i bölə BİLMİR
Səfirin döydüyü deyilən diplomatın fəaliyyətinə xitam verilib


25.01.2025  10:15 

Azərbaycanda ögey ana bacı-qardaşı evdən qovub?





A+  A-

Astaranın Kolatan kənd sakinləri - 28 yaşlı Qəmər Məmmədova və qardaşı, 30 yaşlı Mahir Sabirli evdən qovulduqlarını, aylardır küçələrdə qaldıqlarını bildiriblər.

"Ögey anamız bizi evdən qovub. Anam rəhmətə gedib. Atam ikinci dəfə evlənib. Yeddi aydır ki, küçələrdəyik. Lənkəranda meşələrdə qalmışıq, orada da heç kim bizə sahib çıxmadı. Qardaşım fəhləlik edir. Mən də xəstəyəm, işləyə bilmirəm", - Qəmər Məmmədova söyləyib.

Bacı-qardaşın sözlərinə görə, dörd gündür Astara sakini İlqar Quliyevin evində qalırlar.

"Qonşu qaça-qaça gəlib dedi ki, sizin evinizdə kimsə var. Mən də dərhal məhəllənin uşaqlarını yığdım, gəlib gördüm ki, bunlardır. Ev qardaşımın evidir, qəzalı vəziyyətdədir. Onları bir yerə yerləşdirmək lazımdır. Gecə burada ölə də bilərlər", - deyə ev sahibi İlqar Quliyev bildirib.

Qeyd edək ki, bacı-qardaşın sığınacağa yerləşdirilməsi üçün artıq aidiyyəti orqanlara müraciət olunub.

Ətraflı Baku TV-nin süjetində:



Xəbər 1779 dəfə oxunub.



29.01.2025  00:52 

Bu gün Azərbaycanda seçkilərdir

28.01.2025  17:21 

5 ildən sonra üzə çıxdı -Foto

28.01.2025  13:52 

Prezident müşavirə KEÇİRDİ

28.01.2025  13:04 

“Vətən”​ stadionu SÖKÜLÜR


BÜTÜN XƏBƏRLƏR +