Axtarışa olan 7 şəxs Azərbaycana ekstradisiya edilib
Naxçıvanın statusu ləğv edilə bilər?
Trampın məqsədini... - Pit Heqset açıqladı
Bu mərkəzin işçiləri 3 aydır maaş ala bilmir
Prezident Dövlət Agentliyinə sədr təyin etdi
Antiterror Mərkəzinin rəhbəri saxlanıldı
Etibar Əliyev dövlətə borcunu niyə ödəmir?
Həbsxanadan-cəbhəyə, sonra da torpağın altına...
Azərbaycanlı xanım ETTELAAT-a çağırıldı
AFFA “Kəpəz” klubunu cərimələyib


14.11.2023  14:34 

Azərbaycanlı blogerlə bağlı polisə müraciət olundu





A+  A-

Təhlükəsiz İnternet Liqasının rəhbəri Yekaterina Mizulina Rusiya Daxili İşlər Nazirliyinin Moskvadakı Baş İdarəsinə bəzi bloger və koçları saxtakarlıq fəaliyətlərinə görə yoxlamaq xahişi ilə müraciət edib.

Bu barədə Təhlükəsiz İnternet Liqasının rəhbəri öz “Teleqram” kanalında yazıb.

Bu blogerlər arasında “İnstaqram” sosial şəbəkəsində məşhur olan azərbaycanlı bloger Hüseyn Həsənov da var.

Yekaterina Mizulina bu qərarını vətəndaşların çoxsaylı məktubları ilə izah edib.

“Vətəndaşların çoxsaylı məktubları ilə əlaqədar biz bu gün Rusiya Daxili İşlər Nazirliyinin Moskva Baş İdarəsinə bir sıra tanınmış blogerlər və koçlar, o cümlədən, Edvard Beal, Kseniya Qubina, Tata Feodoridi, Asxab Tamaev, Hüseyn Həsənov və başqaları haqqında araşdırma aparmaq xahişi ilə müraciət etdik”, - deyə o, “Teleqram” kanalında yazıb.

Təhlükəsiz İnternet Liqasının rəhbəri bu bloger-koçların hazırda həbsdə olan bloger Ayaz Şabutdinovun istifadə etdiyi saxtakarlıq ssenarisinə uyğun hərəkət edə biləcəklərini də istisna etməyib.

Qeyd edək ki, Ayaz Şabutdinov noyabrın 4-də xüsusilə külli miqdarda dələduzluq maddəsi ilə həbs edilib. İkin məlumatlara görə, bloger dekabrın 16-dək həbsdə qalacaq./Yeniavaz.com

Xəbər 4639 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.02.2025  18:38 

Bu quruma agentlik statusu verildi

12.02.2025  15:24 

Narkoloji Dispanserdə ölüm


BÜTÜN XƏBƏRLƏR +