Axtarışa olan 7 şəxs Azərbaycana ekstradisiya edilib
Naxçıvanın statusu ləğv edilə bilər?
Trampın məqsədini... - Pit Heqset açıqladı
Bu mərkəzin işçiləri 3 aydır maaş ala bilmir
Prezident Dövlət Agentliyinə sədr təyin etdi
Antiterror Mərkəzinin rəhbəri saxlanıldı
Etibar Əliyev dövlətə borcunu niyə ödəmir?
Həbsxanadan-cəbhəyə, sonra da torpağın altına...
Azərbaycanlı xanım ETTELAAT-a çağırıldı
AFFA “Kəpəz” klubunu cərimələyib


30.03.2017  21:24 

7 yaşlı oğlunu öldürən atanın cəzası bilindi





A+  A-

Bu gün Sabirabad Rayon Məhkəməsində 7 yaşlı oğlunu çəkiclə amansızcasına öldürən Röyal Məmmədovun barəsində həbs qətimkan tədbirininin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.
Məlumata görə, R.Məmmədovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Onun barəsində 120.2.9-cu (qəsdən adam öldürmə, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
R.Məmmədov qətl hadisəsini törətdiyi üçün özünü təqsirli bildiyini söyləyib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata əsasən, hadisə martın 28-də Sabirabad rayonunun Ulacalı kəndində baş verib. Həmin kənddə yaşayan, əvvəllər məhkum olunmuş R.Məmmədov evində həyat yoldaşı Günel Məmmədova ilə aralarında baş verən münaqişə zəminində 7 yaşlı oğlu Röyaminin başına çəkiclə xəsarət yetirib və nəticədə uşaq hadisə yerində ölüb.
R.Məmmədov Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub.

(report.az)

Xəbər 1710 dəfə oxunub.




12.02.2025  18:38 

Bu quruma agentlik statusu verildi

12.02.2025  15:24 

Narkoloji Dispanserdə ölüm


BÜTÜN XƏBƏRLƏR +